PARADOKS

AKTUAL

STOLÜSTÜ TENNİS ÜZRƏ QADIN JURNALİSTLƏRİN TURNİRİ

20-07-2019, 13:07
  •     
  • Ölkə, İdman |
  •  Oxunma: 132

Milli Mətbuatın 144 ilinin tamam olması münasibətilə King Pong stolüstü tennis klubu
Azərbaycan Stolüstü tennis Federasiyasının dəstəyi ilə 19 iyul tarixində stolüstü tennis
üzrə  Qadın Jurnalistlərin turnurini təşkil etmişdir.  
Turnirin keçirilməsində məqsəd Milli Mətbuat günü münasibətilə jurnalistlərimizə xoş və
maraqlı gün bəxş etmək, sağlam həyat vərdişlərini təbliğ etmək, motivasiya ruhunu
yüksəltmək idi. 
Turnirdə 12 qadın jurnalist iştirak edərək 1- ci, 2- ci və 3- cü yer uğrunda mübarizə
aparmışdır.   
İştirakçılar qruplarda yarışdıqdan sonra  sonra yarımfinal və finala yüksələnlər qalibiyyət
uğrunda mübarizə aparmışdır.   
Həlledici oyunda  Afaq Rza (Big.az müxbir) Gülzar İbrahimovaya qalib gələrək 1- ci yerə
çıxmışdır.  
2- ci yerin qalibi Gülzar İbrahimova(“Sehdrli Dünya ”jurnalının baş redaktoru),  3- cü
yerin isə Nərmin Camalzadə(AZTV redaktor) olmuşdur.
Qaliblər Azərbaycan Stolüstü TennisFederasiyası və King Pong Club tərəfindən dəyərli
hədiyyələrlə mükafatlandırılmış,  digər iştirakçılar da diqqətdən kənarda qalmamışdır. 
Qalibləri təltif etmə mərasimində çıxış edən klub rəhbəri Əli Orucov  iştirakçıları və
qalibləri təbrik edərək bu cür tədbirlərin və turnirlərin davamlı təşkil olunacağını, sağlam
həyat vərdişlərinin daha çox insan kütləsinə çatdırılacağını istirahət və əyləncə
anlayışının yeni məna qazanmasına çalışılacağını bildirdi. 

Telefon : +994 70 341 37 38 zəng və Whatsapp
• E-mail : [email protected]
• Instagram : @pingpong_baku
• Facebook : King Pong Club
• Ünvan : Vaqif pr-ti., 103. Mirəli Qaşqay küçəsi ilə kəsişmədə. Koroğlu heykəlinin
arxasında.
STOLÜSTÜ TENNİS ÜZRƏ QADIN JURNALİSTLƏRİN TURNİRİ
STOLÜSTÜ TENNİS ÜZRƏ QADIN JURNALİSTLƏRİN TURNİRİ
STOLÜSTÜ TENNİS ÜZRƏ QADIN JURNALİSTLƏRİN TURNİRİ


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI