PARADOKS

AKTUAL

Polisdən müraciət: Ənənəvi paltar qurutmaya son qoyun

9-07-2019, 21:57
  •     
  • Ölkə |
  •  Oxunma: 45

Polisdən müraciət: Ənənəvi paltar qurutmaya son qoyun Bakı Şəhər Baş Polis İdarəsi paytaxt sakinlərinə müraciət edib.
İdarədən Oxu.Az-a verilən məlumata görə, Bakı şəhərindəki antisanitar vəziyyət, piyada səkilərinin təyinatı üzrə istifadəsinə etinasız münasibət, yaşayış binalarının fasadlarında asılan qurutma zivələri cəmiyyəti qayğılandıran hallardır:

“Şəhərin görünüşünə xələl gətirən hallarla bağlı ayrı-ayrı paytaxt sakinləri tərəfindən polisə daxil olan müraciətlərdə ekologiyanın və ətraf mühitin mühafizəsi, piyada səkilərinin zəbt olunması məsələsi önə çəkilir.

Vətəndaş müraciətlərini nəzərə alaraq, paytaxt sakinlərindən xahiş olunur ki, piyada səkilərini təyinatı üzrə istifadə etməklə dayanma-durma qaydalarının tələblərinə əməl etsinlər, avtomobilləri piyada səkilərində saxlamasınlar, şəhərin təmizliyinə həssas yanaşsınlar, binaların fasadlarında paltar qurutma ənənəsinə son qoysunlar”.

İdarə sadalanan halların nümunəvi təminində və həyata keçirilməsində hər bir paytaxt sakinini, qonaqları fəal iştiraka çağırır.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI