PARADOKS

AKTUAL

Müharibə olsunmu: Xalq nə deyir? – Videosorğu

26-06-2019, 08:09
  •     
  • Ölkə |
  •  Oxunma: 30

Müharibə olsunmu: Xalq nə deyir? – Videosorğu Azərbaycan və Ermənistan arasında illərdir, davam edən və nəticə verməyən sülh danışıqları ekspertləri belə bir qənaətə gəlməyə vadar edib ki, müharibə qaçılmaz olacaq.
Elə rusiyalı politoloq Qriqori Trofimçuk da deyib ki, “hadisələrin inkişafı gec-tez Qarabağda silahlı toqquşmaya gətirib, çıxaracaq”.

Onun sözlərinə görə, N.Paşinyan “sülh əvəzinə əraziləri dəyişdirmirik” deyəndən sonra danışıqlar prosesi sual altına düşdü və Bakıda Ermənistanın baş nazirinin bütün bəyanatları neqativ qarşılanır.

Qeyd edək ki, xarici işlər nazirlərinin Vaşinqton görüşü də ciddi bir nəticə verməyib. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iyunun 20-də Vaşinqtonda Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanla görüşdən sonra jurnalistlərə açıqlamasında deyib ki, illərdir, eyni sülh planı üzərində iş aparılır: “Ümumiyyətlə, biz təqdim olunan təklifləri anlayırıq. Bunlar eyni təkliflərdir. Biz 15 ildir ki, müzakirə olunan ideyaları, eyni sülh planını izləyirik”.

Bir məqam da hər kəsə bəllidir ki, ermənilər nəinki torpaqları sülh yolu ilə qaytarmaq niyyətində deyillər, hətta sürətlə işğal olunmuş ərazilərimizdə məskunlaşmağa, infrastrukturu bərpa etməyə çalışırlar.

Bəs, xalq nə düşünür? Müharibə qaçılmazdırsa, biz buna hazırıqmı? Müharibə olsunmu?

Respondentlərin cavablarını daha ətraflı təqdim etdiyimiz videosorğudan izləyə bilərsiniz. (Musavat.com)


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI