PARADOKS

AKTUAL

Saakaşvilidən Kiyev şəhəri ilə bağlı marağlı təklif

19-06-2019, 01:17
  •     
  • Ölkə |
  •  Oxunma: 24

Saakaşvilidən Kiyev şəhəri ilə bağlı marağlı təklif Gürcüstanın keçmiş prezidenti və Odessa vilayətinin (Ukrayna) sabiq qubernatoru Mixail Saakaşvili Ukraynaya qayıdar-qayıtmaz yenidən yerli KİV-in gündəminə düşüb.
“112” telekanalının efirində M.Saakaşvili “Ukraynanı viran həddinə çatdırmış və korrupsiyaya qurşatmış” keçmiş hökuməti tənqid atəşinə tutaraq, bütün məmurları, deputatları Kiyevdən köçürməyi təklif edib.

“Ukrayna şəhərlərinə nəzər salanda müasir standartlara cavab verən hər hansı memarlıq nümunəsi görmürəm. Çünki bu sahədə korrupsiya var, bina tikdirən bütün iş adamları korrupsiyaçıdır”, – deyə M.Saakaşvili bildirib.

Keçmiş prezident, ümumiyyətlə, inzibati mərkəzin paytaxt hüdudlarından kənarda olmasını məqsədəuyğun bilir.

“Biz (Gürcüstanı nəzərdə tutur – red.) parlamenti Kutaisiyə köçürdük. İstərdim Ukraynada da inzibati mərkəz Kiyev hüdudlarından kənara, yeni binaya köçürülsün ki, hər şey yeni səhifədən başlasın”, – M.Saakaşvili vurğulayıb.

Xatırladaq ki, 2017-ci ildə M.Saakaşvili Petro Poroşenkonun qərarı ilə Ukrayna vətəndaşlığından məhrum edilimiş və Polşaya qovulmuşdu. Həmin vaxt Ukrayna hökuməti onun 2021-ci ilə kimi ölkə ərazisinə girişinə qadağa qoymuşdu. Lakin mayın 28-də yeni Ukrayna Prezidenti Vladimir Zelenski onun vətəndaşlığını bərba edib və növbəti gün siyasətçi Kiyevə geri dönüb. (Oxu.az)


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI