PARADOKS

AKTUAL

Yaponiyanı yenə fəlakət gözləyir

19-06-2019, 01:16
  •     
  • Ölkə |
  •  Oxunma: 27

Yaponiyanı yenə fəlakət gözləyir Yaponiyaya sunamilər qədər heç nə zərbə vurmur. Bu gözəl ölkəni yenə fəlakət gözləyir.
Bizimyol.info xəbər verir ki, ölkənin şimalında sunami dalğaları qeydə alınıb. NHK telekanalının məkumatına görə, dalğalar Niiqata, Yamaqata və İsikava sahillərinə çatıb. Niiqatada dalğaların hündürlüyü təxminən 10 santimetrdir. Hündürlüyün tezliklə bir metr olacağı ehtimal edilir.

Niiqata həssas yerdir. Bu gün səhər saatlarında burada 6,8 bal gücündə zəlzələ qeydə alınıb. Ümumilikdə 9 min evə zərər dəyib. Ölkənin şimal rayonlarında xeyli ev işıqsız qalıb. Qatarların hərəkətində fasilə yaranıb.

Bütün Yaponiya boyu sunami xəbərdarlığı elan edilir. Sahil ərazilərində yaşayanlara müvəqqəti evlərini tərk etmək tövsiyə olunur.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI