PARADOKS

AKTUAL

Qonşu ölkədə benzinin qiyməti qalxıb

19-06-2019, 01:11
  •     
  • Ölkə |
  •  Oxunma: 57

Qonşu ölkədə benzinin qiyməti qalxıb Rusiyada benzinin qiyməti sabit qalmır. Statistika komitəsinin (Rosstat) məlumatına görə, mayda qonşu ölkədə yanacağın qiyməti 17,5 faiz artıb.
Bizimyol.info xəbər verir ki, buna qədər müəyyən ucuzlaşma müşahidə olunmuşdu. Amma mayda Rusiyada benzinin qiyməti qalxıb. Bahalaşma bir çox neft-qaz məhsullarından da yan keçməyib. Məsələn, propanın, butanın, neft koksunun qiymətində də yüksəlmə var.

“Rosstat” ayrı-ayrı bölgələr üzrə qiymət qrafikini təqdim edib. Ən çox Kızıl şəhərində yüksəlmə olub (1,4 faiz). Kostromada, Çitada da qiymət artıb. Azalma isə daha çox Sevastopolda, Qorno-Altayskda, Simferopolda olub.

Moskva və Sankt-Peterburqda da artım qeydə alınıb. Təkcə son bir həftədə Rusiyanın əsas şəhərlərində 0,3 faiz qiymət fərqi yaranıb.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI