PARADOKS

AKTUAL

ABŞ-da Kiyevin adını dəyişdilər

13-06-2019, 16:39
  •     
  • Ölkə |
  •  Oxunma: 49

ABŞ-da Kiyevin adını dəyişdilər ABŞ-ın coğrafi adlar üzrə şurası beynəlxalq bazada Kiyevin adını dəyişmək qərarına gəlib. Bundan sonra Ukrayna paytaxtının adı “Kiev” yox, “Kyiv” yazılacaq.
Bizimyol.info xəbər verir ki, Ukraynanın ABŞ-dakı səfirliyi “Facebook”da bu barədə məlumat verib. Diplomatik missiyada Kiyevin adının bütün dünyada düz yazılmasının vacibliyi qeyd olunub.

Bir müddət əvvəl Ukraynada yeni yazılış qaydalarının tam mətnini təqdim etmişdilər. Sənədə görə, “oy” ilə bitən bəzi rus soyadlarının sonluğu bundan sonra “iy” ilə bitəcək. Məsələn, “Donskoy”u “Donskiy”ə, “Trubetskoy”u “Trubetskiy”ə çeviriblər. Təkcə “Lev Tolstoy”a toxunmayıblar.

Mayda Ukraynada feminitivlərin istifadəsini də yazı normalarına əlavə etmişdilər. Feminitivlər əsasən kişi cinsində işlətməyə alışdığımız sözlərin qadınlara aid edilən formasıdır. Misal kimi “şair” və “şairə” sözlərini göstərə bilərik.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI