PARADOKS

AKTUAL

Nəhəng asteroid Yerə yaxınlaşır

11-06-2019, 17:29
  •     
  • Ölkə |
  •  Oxunma: 42

Nəhəng asteroid Yerə yaxınlaşır Avropa Kosmik Agentliyi həyəcan təbili çalır. Yerə nəhəng asteroid yaxınlaşır.
Bizimyol.info xəbər verir ki, asteroidin futbol meydançası boyda olduğu bildirilir. Avropa Kosmik Agentliyi toqquşmanın payızda baş tuta biləcəyini elan edir.

Hərçənd, belə ehtimal çox da böyük deyil. Agentlik 1700-də bir ehtimaldan danışır. 2006QV89 adlanan səma cismi sentyabrın 9-da Yerə ən yaxın məsafədə olacaq.

Asteroidin diametri 40-50 metrdir. Sentyabrda Yerə ən azı 7 milyon km məsafədə dayanacağı bildirilir. 2006-cı ildə planetimizə 3,06 milyom km məsafəyə qədər yaxınlaşıb. Müqayisə üçün yazaq ki, Ay Yerdən 384 min km uzaqlıqda yerləşir.

Beynəlxalq kosmik agentlik planet üçün təhlükəli olan bütün asteroidlərin siyahısını tərtib edib. Ən böyüyü 100 mərtəbəli bina boydadır. Həmin asteroidin Yerlə 2196-cı ildə toqquşacağı ehtimal edilir. Planetə ən yaxını 2010 RF12-dir. 2095-ci ildə toqquşma gözlənilir. Siyahıya diametri 2 min km olan 1950DA başçılıq edir. Yerlə təmas 2880-ci ilə proqnozlaşdırılır.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI