PARADOKS

AKTUAL

Məşhur aktyorun profilini ələ keçirib Türkiyəyə dəstək paylaşımı yaydılar – Foto

11-06-2019, 17:24
  •     
  • Ölkə |
  •  Oxunma: 62

Məşhur aktyorun profilini ələ keçirib Türkiyəyə dəstək paylaşımı yaydılar – Foto Populyar Hindistan aktyoru Amitabh Baççanın Tvitter hesabını ələ keçirən haker qrupu İslandiyada Türkiyə milli komandasına qarşı tərbiyəsiz davranışı lənətləyən paylaşım yerləçdirib.
Paylaşımdan məlum olur ki, profili “Ayyıldız Tim” adlanan haker qrupu ələ keçirib. Paylaşımda “düşmən”lərə hədələr də yer alıb: “Biz yumşaq danışırıq, amma böyük dəyənək siyasəti yürüdürük”.

Bizimyol.info xəbər verir ki, hakerlər həmçinin Amitabh Baççanın profil təsvirinə də “düzəliş” ediblər: “Aktyor… Hər halda bəziləri hələ də belə deyirlər”. Ardınca isə Hindistan-Pakistan ziddiyyətlərində ikinciyə dəstək ifadə olunub: “Pakistanı sevirik”. Həmçinin profil şəkli olaraq Pakistanın baş naziri İmran Xanın şəklini yerləşdiriblər.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI