PARADOKS

AKTUAL

Azərbaycan Afrikaya alkoqolsuz şərab ixrac edəcək

25-05-2019, 13:52
  •     
  • Ölkə |
  •  Oxunma: 28

Azərbaycan Afrikaya alkoqolsuz şərab ixrac edəcək “Az-Granata” MMC Afrikanın Qana ölkəsinə alkoqolsuz şərabın ixracına başlayır. Bunu ONA-ya MMC-nin istehsal üzrə direktor müavini Vüqar Mikayılov deyib.
Onun sözlərinə görə, ümumiyyətlə, Afrikada şərabçılıq sahəsi çox inkişaf edib, lakin Qanaya alkoqolsuz şərabın ixracı onu göstərir ki, bu ölkədə alkoqolsuz şərab istehsal edilmir: “Yaxın günlərdə bu ölkəyə 13 min butulka göndəriləcək. Qeyd edim ki, hazırda müəssisədə istehsal olan şərablar Çexiya, Polşa, Almaniya, Yaponiya, Çin, Rusiya və Ukrayna bazarlarına ixrac edilir”.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI