PARADOKS

AKTUAL

Fəvvarələr Meydanında videoçəkilişlər qadağan edilib

22-05-2019, 11:09
  •     
  • Ölkə |
  •  Oxunma: 53

Fəvvarələr Meydanında videoçəkilişlər qadağan edilib Bakının mərkəzi küçəsi olan Səbail rayonu, Nizami küçəsində (Fəvvarələr Meydanı) aparılan videoçəkilişlərə qadağa tətbiq edilib.
Bizimyol.info xəbər verir ki, dünən günorta saatlarında sözügedən ünvanda, Fəvvarələr Meydanında videosorğu keçirdən Bizimyol.info əməkdaşları polis tərəfindən saxlanılıblar. Saxlanılan əməkdaşlarımıza isə polis nəfərləri tərəfindən ərazidə videoçəkilişin aparılmasının qadağan edildiyi bildirilib. Söhbətləşmə zamanı qeyd edilib ki, Səbail rayon polis idarəsinin rəisinin tapşırığı və əmri əsasında ərazidə heç bir çəkiliş aparmağa icazə verilmir. Polis çavuşları çəkilişin yalnız rəsmi icazə sənədi əsasında aparılmasına icazə verildiyini bildiriblər.

Ölkə başçısının təsdiq etdiyi Kütləvi İnformasiya Vasirələri Haqqında qanunun tələblərini pozan, əmkdaşlarımızın peşə fəaliyyətinə mane olan polis nəfərləri həmçinin əlavə ediblər ki, icazə sənədi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilir və yalnız o haldan sonra şəhərin mərkəzi küçələrində çəkiliş etməyə icazə verilir.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat ximdətinin rəisi, polis polkovniki Ehsan Zahidovla əlaqə saxladıq. O isə anlaşılmazlıq olduğunu ehtimal edərək məsələnin araşdırılacağını bildirdi: “Ola bilər ki, anlaşılmazlıq olsun. Hər bir halda biz məsələni araşdıracağıq”.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov isə çoxsaylı zənglərimizə cavab verməyib.

Məsələni diqqətdə saxlayacağıq!

Bizimyol.info


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI