PARADOKS

AKTUAL

Şəbnəm Tovuzlunun prodüserindən aqressiv açıqlama

8-05-2019, 23:48
  •     
  • Ölkə |
  •  Oxunma: 87

Şəbnəm Tovuzlunun prodüserindən aqressiv açıqlama Müğənni Şəbnəm Tovuzlunun yol hərəkəti qaydasını pozması haqqında xəbər vermişdik. Paytaxtın mərkəzi küçələrində Ş. Tovuzlu həmkarı Sabina Selcan ilə "ötüşüb"və bu hadisə lentə alınıb.
“Yeni Sabah” məsələ ilə bağlı müğənninin münasibətini öyrənməyə çalışıb. Lakin müğənni zənglərə cavab verməyib. Ş.Tovuzlunun prodüseri Şəhanə Aydınqızı isə suala aqressiv cavab verib. İki diplomu olduğunu bildirən Aydınqızının dediklərini heç bir şərh vermədən təqdim edirik:

“Burada nə var ki? Maşın sürüb də, nə edib ki? Gedin, başqa şeylərdən yazın. Şuşanın işğalı günüdür. Gedin, Şuşadan yazın. Siz jurnalist deyilsiniz! Məktəb keçməmisiniz. Mənim kimi iki universitet bitirsəydiniz, indi mənə zəng etməzdiniz...”.

Qeyd edək ki, yayılan videogörüntüdə müğənninin avtoxuliqanlıq etdiyi görünür və qanunvericiliyin tələbinə görə bu pozuntunu edən şəxslər sürücülük hüququndan məhrum edilməklə yüksək məbləğdə cərimə olunur.

Əcəmi Əsədulla


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI