PARADOKS

AKTUAL

İrəvanda Azərbaycanın xeyrinə casusluq edən erməni HƏBS OLUNDU

8-05-2019, 19:58
  •     
  • Ölkə |
  •  Oxunma: 63

İrəvanda Azərbaycanın xeyrinə casusluq edən erməni HƏBS OLUNDU Ermənistanın Milli Təhlükəsizlik xidməti Azərbaycanın xeyrinə casusluq etməkdə şübhəli bilinən Ermənistan vətəndaşını saxlayıb.
Yeniavaz.com Ermənistan mətbuatına istinadın bildirir ki, bu ölkənin xüsusi xidmət orqanları Azərbaycanın xeyrinə casusluq fəaliyyəti göstərən şəxsi saxladıqlarını bildirirlər.
Məlumatda bildirilir ki, adı açıqlanmayan Ermənistan vətəndaşı Türkiyə ərazisində fəaliyyət göstərən bir şəxs vasitəsilə Azərbaycan xüsusi xidmət orqanları tərəfindın əməkdaşlığa cəlb olunub. Həmin şəxs 2011-18-ci illər ərzində Ermənistan ərazisindəki hərbi obyektlərin, hərbi texnikanın fotolarını və digər məxfi məlumatları toplayaraq Azərbaycan tərəfinə ötürüb.
Ermənistanın Milli Təhlükəsizlik xidmətinin açıqladığı məlumatda qeyd olunur ki, həmin şəxs haqqında Cinayət Məcəlləsinin 302-ci maddəsinə (Casusluq) əsasən cinayət işi açılıb.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI