PARADOKS

AKTUAL

Maştağa Savalan qəsəbəsi 28 saylı məktəbdə keçirilmiş Gülzar nənə ilə Kitab bayramı

23-04-2019, 01:53
  •     
  • Ölkə, Mədəniyyət |
  •  Oxunma: 842

Gülzar nənə ilə Kitab bayramı
23 Aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə Məştağa qəsəbəsi
Savalan massivində yerləşən 28 nömrəli məktəbin şagirdləri böyük bir tədbir keşirdilər. 500
şagird və müəllim iştirak edən tədbirdə müasir nağıl qəhrəmanları maraqlı tamaşalar,
səhnəciklər göstərdilər. Qəhrəmanlar Həsən bəy Zərdabi mükafatçısı, "Sehrli Dünya" uşaq
jurnalının baş redaktoru,uşaq yazıçısı Gülzar İbrahimovanın nağıl və hekayə, nağıl-poemalarının
qəhrəmanları idilər. Müəllifin qarşısında balaca aktyorlar daha ürəklə çıxış edirdilər.
Tədbiri açarkən çıxış edən Ülkər Mahmudova qonağı salamlayaraq gözəl əsərlər yaratdığına
görə məktəbin müəllim və şagird kollektivi adından uşaq yazıçısı, Gülzar xanım İbrahimovaya
minnətdarlıq bildirdi.
Tədbirin açılışında uşaqlar Gülzar İbrahimovanın sözlərinə yazılmış “Mənim sevimli məktəbim”
mahnısını ifa etdilər. Daha sonra “Hansı sənəti seçək” kompozisiyasını təqdim etdilər.
Şagirdlər milli rəqslərlə yanaşı hind və özbək rəqslərini məharətlə ifa etdilər. Nümayiş
etdirilən tamaşalar öyrədici, maarifləndirici və əyləncəli idilər.
Gülzar İbrahimovanın müəllifi olduğu “Dostlarım məndən qaçar” yumoristik hekayəsi zaldakı
uşaqların sürəkli alqışlarına səbəb oldu.
Gülzar xanım yeni yazdığı şeir-poemaları ilə balaları sevindirdi. O, həmin şeirləri zaldakı tamaşaşı
şagirdlərə paylamaq üçün öz imzası ilə imzalayıb gətirmiş və uşaqlara hədiyyə elədi. Şeirlərdən
başqa bütün uşaqlar yazışıdan xatirə hədiyyəsi alıb, xatirə şəkilləri çəkdirdilər.
Bayramın sonunda Gülzar İbrahimova tədbirin yüksək səviyyədə təşkilinə görə məktəb
rəhbərliyinə və kollektivinə yüksək səviyyədə keçirilən görüşə görə təşəkkürünü bildirərək öz
gələcək yaradıcılıq layihələri haqqında məlumat verdi.
Yazıçı xanım tədbirdə çıxış edən - səhnəciklərdə, rəqslərdə fəsl iştirak edən şagirdləri isə yazıçı
xüsusi hədiyyələrlə sevindirdi.
Məktəbin kitabxanasına “Dostlaşmış nağıllar”, “Ciddi ol”, “Bir zalım şah vardı” kitab və
disklərindən də pay ayrıldı. Tədbirin sonunda məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini
Gülsən Soltanova və 3 e sinfinin rəhbəri Ülkər Mahmudova uşaqların sevimli yazıçısı Gülzar
nənəyə öz təşəkkürlərini bildirərək yaradıcılıq uğurları arzuladılar.          Maştağa Savalan qəsəbəsi 28 saylı məktəbdə keçirilmiş Gülzar nənə ilə Kitab bayramı
          Maştağa Savalan qəsəbəsi 28 saylı məktəbdə keçirilmiş Gülzar nənə ilə Kitab bayramı
          Maştağa Savalan qəsəbəsi 28 saylı məktəbdə keçirilmiş Gülzar nənə ilə Kitab bayramı
          Maştağa Savalan qəsəbəsi 28 saylı məktəbdə keçirilmiş Gülzar nənə ilə Kitab bayramı
          Maştağa Savalan qəsəbəsi 28 saylı məktəbdə keçirilmiş Gülzar nənə ilə Kitab bayramı
          Maştağa Savalan qəsəbəsi 28 saylı məktəbdə keçirilmiş Gülzar nənə ilə Kitab bayramı


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI