PARADOKS

AKTUAL

Qadınlar arasında şahmat üzrə Avropa çempionatında X turun oyunları keçirilir

21-04-2019, 23:10
  •     
  • Ölkə |
  •  Oxunma: 130

Qadınlar arasında şahmat üzrə Avropa çempionatında X turun oyunları keçirilir Aprelin 21-də Antalyada qadın şahmatçılar arasında Avropa çempionatının onuncu turunun oyunlarına start verilib. SİA xəbər verir ki, Azərbaycan şahmatçılarından Günay Məmmədzadə (6 xal), Türkan Məmmədyarova (6 xal), Ülviyyə Fətəliyeva (5,5 xal), Xanım Balacayeva (5,5 xal), Fidan Ağasıyeva (3,5 xal) doqquzuncu turda qələbə qazanıblar. Xəyalə Abdulla (5 xal), Zeynəb Məmmədyarova (4,5 xal), Gövhər Beydullayeva (4,5 xal) heç-heçə ediblər. Gülnar Məmmədova (4,5 xal), Nərmin Söyünlü (4 xal) isə məğlub olublar. Doqquz turdan sonra 7,5 xal toplayan ukraynalı şahmatçı İnna Gaponenko ilk pillədədir. On bir turdan ibarət yarışda 32 ölkədən 130-dan çox şahmatçı mübarizə aparır. Ölkəmizi yarışda 10 şahmatçı təmsil edir. Turnir cədvəlinin reytinq favoriti rusiyalı Aleksandra Qoryaçkinadır (2534). Turnirin ümumi mükafat fondu 60 min avrodur.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI