PARADOKS

AKTUAL

"Bunun özü ölkəmizdəki tolerantlıq mühitinin bariz nümunəsidir" MÜNASİBƏT

19-04-2019, 16:03
  •     
  • Ölkə |
  •  Oxunma: 438

"Bunun özü ölkəmizdəki tolerantlıq mühitinin bariz nümunəsidir" MÜNASİBƏT "Prezident İlham Əliyev Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70 illiyi ilə bağlı yubiley tədbirlərinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb. Bu tədbirlərdən biri də noyabrda keçiriləcək" Dünya dini liderlərinin II Bakı sammiti”dir". SİA-nın verdiyi məlumata görə, bunu "Tolerant Azərbaycan" mövzusunda keçirilən konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib.

Komitə sədrinin müavini bildirib ki, dövlət başçısının "Dünya dini liderlərinin II Bakı sammiti”nin keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncamında görürük ki, Təşkilat Komitəsində dövlət nümayəndələri ilə yanaşı digər dinlərin ölkəmizdəki nümayəndələri də yer alıb: "Bu özü də ölkəmizdəki tolerantlıq mühitinin bariz nümunəsidir. Şeyxülislam özü də tədbirlərdə müxtəlif dinlərin rəhbərləri ilə birgə iştirak edir, onlarla mehriban dostluq münasibəti var, müxtəlif məsələləri müzakirə edir. Bütün bunlar ölkəmizdəki multikultural, tolerant mühitin olduğunu bir daha nümayiş etdirir".


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI