PARADOKS

AKTUAL

Qəzetə sevgilisindən şikayət yazdı, qəzet də şikayəti cavablandırdı – Foto

17-04-2019, 19:45
  •     
  • Ölkə |
  •  Oxunma: 226

Qəzetə sevgilisindən şikayət yazdı, qəzet də şikayəti cavablandırdı – Foto ABŞ-ın “Pittsburgh Post Gazette” qəzeti oxucularından birinin sevgilisi ilə münasibəti kəsməsini istəyir. Daha dəqiqi, nəşrin köşə yazarlarından olan Natali Bençivenqa qız oxucuya belə məsləhət verib.
Bizimyol.info xəbər verir ki, qızı sevgilisi saxta üzük almaqla aldadıb. Nişandan bir az sonra zərərçəkən zərgərə gedib və həqiqəti öyrənib. Üzük fianitdən, başqa sözlə, sintetik materialdan hazırlanıb. Bir növ qiymətli daşların imitasiyası olub. Çox qəzəblənən qız sevimli yazarına bu haqda bildirib. Bençivenqa ayrılmaqdan başqa yol görmədiyini qeyd edib.

Natali Bençivenqa
Natali Bençivenqa | Foto: Twitter @NBSeen
Əslində, qızın nişanlısı saxta üzük aldığını gizlətmir.

Nişan üzüyü, sevgililər
Foto: Getty
Çünki əsl brilyantla bəzədilmiş üzük çox baha başa gələcəkdi və bu üzdən imkanları daxilində hədiyyə almağı lazım bilib.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI