PARADOKS

AKTUAL

Qız ona təcavüz edən kişini öldürdü: İndi onu 20 il həbs gözləyir

17-04-2019, 19:29
  •     
  • Ölkə |
  •  Oxunma: 193

Qız ona təcavüz edən kişini öldürdü: İndi onu 20 il həbs gözləyir Rusiyanın Çuvaşiya respublikasında yaşayan qadın təcavüzçünü bağışlamayıb. Onu zorlayan kişini öldürüb.
Bizimyol.info xəbər verir ki, zərərçəkən cinayəti tək törətməyib. Dostundan kömək istəyib. Təcavüzçünün evinə gediblər. Mənzilə daxil olmağa imkan tapıblar. Əvvəlcə cinayətkarı möhkəm döyüblər. Sonra onu məftillə boğublar.

Təcavüzçünün yaxınları onu yoxluğunu bir ay sonra hiss edib. Martda polis axtarışa başlayıb. Heç bir nəticə hasil olmayıb. Yalnız bir neçə gün əvvəl qar əriyəndən sonra kişinin meyiti üzə çıxıb.

Həm qız, həm də dostu həbs olunub. Onların 20 ilə qədər həbs cəzası gözləyir. Məhkəmənin ömürlük cəza qərarı çıxarması da mümkündür.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI