PARADOKS

AKTUAL

Azərbaycan Bəstəkarlar İttifaqında Firəngiz Əlizadənin“Aga Khan Music Award” mükafatı ilə təltif olunmasına həsr edilən mətbuat konfransı keçirilib.

16-04-2019, 22:28
  •     
  • Ölkə, Mədəniyyət |
  •  Oxunma: 1179

Azərbaycan Bəstəkarlar İttifaqında Firəngiz Əlizadənin“Aga Khan Music Award” mükafatı ilə təltif olunmasına həsr edilən mətbuat konfransı keçirilib.Azərbaycan Bəstəkarlar İttifaqında Firəngiz Əlizadənin“Aga Khan Music Award” mükafatı ilə təltif olunmasına həsr edilən mətbuat konfransı keçirilib.Azərbaycan Bəstəkarlar İttifaqında Firəngiz Əlizadənin“Aga Khan Music Award” mükafatı ilə təltif olunmasına həsr edilən mətbuat konfransı keçirilib.
Azərbaycan Bəstəkarlar İttifaqında Firəngiz Əlizadənin“Aga Khan Music Award” mükafatı ilə təltif olunmasına həsr edilən mətbuat konfransı keçirilib.
Azərbaycan Bəstəkarlar İttifaqında Firəngiz Əlizadənin“Aga Khan Music Award” mükafatı ilə təltif olunmasına həsr edilən mətbuat konfransı keçirilib.
Azərbaycan Bəstəkarlar İttifaqında Firəngiz Əlizadənin“Aga Khan Music Award” mükafatı ilə təltif olunmasına həsr edilən mətbuat konfransı keçirilib.
Azərbaycan Bəstəkarlar İttifaqında Firəngiz Əlizadənin“Aga Khan Music Award” mükafatı ilə təltif olunmasına həsr edilən mətbuat konfransı keçirilib.
Azərbaycan Bəstəkarlar İttifaqında Firəngiz Əlizadənin“Aga Khan Music Award” mükafatı ilə təltif olunmasına həsr edilən mətbuat konfransı keçirilib.



Aprelin 12-də Azərbaycan Bəstəkarlar İttifaqında dünya şöhrətli bəstəkar, Xalq artisti, professor Firəngiz Əlizadənin bu günlərdə Portuqaliyanın paytaxtı Lissabonda “Aga Khan Foundation” Beynəlxalq Fondunun “Aga Khan Music Award” mükafatı ilə təltif olunmasına həsr edilən mətbuat konfransı keçirilib. Mətbuat konfransında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi, musiqişünas Həcər Babayeva çıxış edərək Firəngiz Əlizadənin beynəlxalq uğuru, həmçinin mükafat barədə məlumat verərək bildirib ki, 1 967-ci ildə yaradılmış “Aga Khan Foundation” Fondu bu il ilk dəfə olaraq musiqi sahəsində beynəlxalq mükafat (“Aga Khan MusicAward”) təsis edib. Bəstəkarlıq sahəsində mükafatın ilk laureatı azərbaycanlı bəstəkar və pianoçu, 2007-ci ildə UNESCO-nun “Artist for Peace” adına layiq görülmüş Firəngiz Əlizadə olub. Mükafat görkəmli bəstəkara “Nasimi Passion” əsərinə görə verilib.

Çıxışında H.Babayeva qeyd edib ki, Portuqaliyanın paytaxtı Lissabonda 2019-cu ilin laureatlarının təltif edilməsinə həsr olunmuş təntənəli tədbir keçirilib. Bayram konsertindən sonra bəstəkarlıq sahəsində yeganə mükafatı Firəngiz Əlizadəyə Portuqaliya Prezidenti Marselu Rebelu da Soza, Əlahəzrət Ağa Xan və Şahzadə Əmin təqdim edib.

Tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev, Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli və başqaları çıxış edərək bəstəkarı beynəlxalq uğuru münasibətilə təbrik edib və ona yaradıcılığında uğurlar arzulayıblar. Çıxşılarda qeyd olunub ki, geniş yaradıcılıq diapazonuna malik olan sənətkar öz istedadını musiqimizin müxtəlif janrlarında sınayaraq opera, balet, instrumental, vokal, simfonik, xor və kamera əsərləri yaradıb. Müasirlik və milli musiqi ənənələrinin parlaq təcəssümü Firəngiz Əlizadə yaradıcılığına xas olan cəhətdir. Firəngiz Əlizadə öz yaradıcılığı ilə milli mədəniyyətimizi Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda uğurla təbliğ edir. Çıxışlarda bəstəkar və pianoçu Firəngiz Əlizadənin müasir akademik musiqi sahəsində görkəmli nailiyyətləri qeyd edilir, vurğulanır ki, onun yaradıcılığında Şərq incəsənətinin mənəvi zənginliyi və yüksək intellektualizmi cəlbedici qüvvə ilə əks olunub. Firəngiz Əlizadənin yaradıcılığı dünya musiqi prosesinə geniş inteqrasiya olunub, dünyanın konsert səhnələrində Hilary Hahn, Yo-Yo Ma, “Kronos Quartet”, “Berliner Philharmoniker”, “Royal Concertgebouw Orkestra”, “New Juilliard Ensemble” kimi aparıcı solistlər və kollektivlər tərəfindən tez-tez ifa olunur.

Xalq artisti Firəngiz Əlizadə çıxış edərək tədbirin iştirakçılarına təşəkkür edib və Hollandiyanın “Amsterdam Royal Concertgebouw” konsert sarayında 2017-ci ildə ölkənin kral simfonik orkestrinin, xorunun və solistlərinin müşayiəti ilə premyerası keçirilən “Nasimi Passion” əsəri barədə fikirlərini bölüşüb.

Tədbirdə, həmçinin bəstəkarın “Nasimi Passion” əsəri nümayiş olunub.

Sonda F.Əlizadə jurnalistləri maraqlandıran suaalları cavablandırıb.











İltifat HACIXANOĞLU

Azərbaycan Bəstəkarlar İttifaqının

mətbuat xidmətiinin rəhbəri


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI