PARADOKS

AKTUAL

Azərbaycanda gənclər işlə təmin olunacaq

15-04-2019, 04:49
  •     
  • Ölkə |
  •  Oxunma: 112

Azərbaycanda gənclər işlə təmin olunacaq Bakıda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının təşkilatçılığı ilə turizm sahəsində gənclərin məşğulluğu məsələlərinin həlli məqsədi ilə əmək yarmarkası keçirilib.
Yarmarka barədə Trend-ə Assosiasiyanın rəhbəri Səkinə Babayeva məlumat verib.

Onun sözlərinə görə, yarmarka “Gənclərin həmrəyliyinə dəstək” İctimai Birliyinin reallaşdırdığı gənclər layihəsi çərçivəsində keçirilib:

Səkinə Babayeva
Səkinə Babayeva
“Yarmarka gənclər arasında böyük marağa səbəb olub. Bu cür tədbirlər keçirməklə gənclərə işədüzəlmə ilıə bağlı onları maraqlandıran məlumatlar təqdim olunur”. S.Babayeva bildirib ki, yarmarka Azərbaycanda biznes mühitinin yaxşılaşmasında turizm sahəsinin rolunun gücləndirilməsinə yönəlib.

Qeyd edək ki, əmək yarmarkası aprelin 12-13-də “Aqro Mall” ticarət mərkəzində keçirilib.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI