PARADOKS

AKTUAL

Qar uçqununda həlak olan hərbçimiz dəfn olundu

15-04-2019, 04:48
  •     
  • Ölkə |
  •  Oxunma: 159

Qar uçqununda həlak olan hərbçimiz dəfn olundu Müdafiə Nazirliyinin qar uçqununa düşərək həlak olan hərbi qulluqçularından birinin nəşi doğulduğu Qazax rayonuna aparılıb.
Modern.az-ın məlumatına görə, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmətdə olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, gizir Hafiz Abdullayev doğulduğu Qazax rayonu Yuxarı Salahlı kəndində kənd qəbiristanlığında dəfn olunur.



Xatırladaq ki, ötən ay Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmətdə olan Azərbaycan Ordusunun iki hərbi qulluqçusu – gizir Abdullayev Hafiz Məhəd oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Fərrux Fərman oğlu mövqe istiqamətində hərəkət edərkən qar uçqununa düşüblər. Aparılan axtarışlar nəticəsində onlardan birinin – H.Abdullayevin nəşi tapılıb.

Hafiz Abdullayev ailəli idi, 3 övladı var.

Qeyd edək ki, qar uçqununa düşən digər hərbçimizin axtarışları davam edir.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI