PARADOKS

AKTUAL

"İnkişafın Azərbaycan modeli formalaşıb" RƏY-ÖZƏL

15-04-2019, 00:26
  •     
  • Ölkə |
  •  Oxunma: 37

"İnkişafın Azərbaycan modeli formalaşıb" RƏY-ÖZƏL “Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişafın Azərbaycan modeli formalaşıb. Lakin son 1 il müddətində həyata keçirilən inqilabi addımlar nəticəsində bu model daha fərqli şəkildə dünyaya çatdırılmaqdadır. Xüsusilə də sosial sahədə həyata keçirilən islahatlar, verilən qərarlar, imzalanan sənədlər bunu bizə deməyə əsas verir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

2018-ci ilin aprel ayında keçirilən seçkilərdən keçən bir il müddətində ölkəmizin bütün sahələrdə inkişaf, mühüm nailiyyətlər əldə olunduğunu deyən komitə sədri söyləyib ki, Azərbaycanın iqtisadi uğurları nəticəsində əhalinin sosial müdafiəsi daha da gücləndirilib.

Onun sözlərinə görə, seçkilərdən sonra ilk Fərmanın məhz sosial sahə ilə bağlı imzalanması, ölkədə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayandığının bariz göstəricisidir: “Azərbaycanda sosial inkişaf məsələləri dövlət siyasətinin prioritetləri sırasındadır. Xüsusilə də 2019-cu ilin ilk aylarında bu istiqamətdə atılan mühüm addımlar nəticəsində bütün vətəndaşlarımızın rifah halı yüksəlib. Ölkəmizdə elə təbəqə yoxdur ki, son 4 ayda həyata keçirilən islahatlardan faydalanmasın. 600 mindən çox vətəndaşımız minimum əmək haqlarının artırılması, bu qədər də vətəndaşımız minimum pensiyaların artırılması istiqamətində həyata keçirilən islahatlardan bəhrələnib. Bundan başqa müavinət və təqaüdlərlə bağlı aprelin 1-dən qüvvəyə minən sənəd əhalimizin yaşayış səviyyəsinin daha da yaxşılaşmasına istiqamətlənib”.

H. Rəcəbli qeyd edib ki, bütövlükdə 2019-cu ilin əvvəlindən təklif edilən sosial paket 3 milyondan çox insanı əhatə edib: “Dövlət büdcəsindən 2 milyard manatdan çox vəsaitin məhz son həyata keçirilən sosial paketin həyata keçirilməsinə yönəldilməsi dövlət büdcəmizin sosialyönülmü və ən əsası da Azərbaycan Prezidentin hər bir vətəndaşının yanında olduğunu bir daha sübut etmiş oldu”.

Müəllif: Nailə Məhərrəmova


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI