PARADOKS

AKTUAL

Kim Çen In Trampla növbəti dəfə görüşməyə hazırdır

15-04-2019, 00:22
  •     
  • Ölkə |
  •  Oxunma: 33

Kim Çen In Trampla növbəti dəfə görüşməyə hazırdır Şimali Koreya lideri Kim Çen In Hanoyda keçirilən uğursuz zirvə toplantısına baxmayaraq, ABŞ prezidenti Donald Tramp ilə yenidən görüşmək niyyətini açıqlayıb. SİA bu barədə xarici mətbuata istinadən xəbər verir.

"Əgər biz (KXDR və ABŞ) üçüncü dəfə yüksək səviyyəli görüş keçirib, düzgün metod və münasibət ortaya qoya biləriksə, o zaman buna cəhd edə bilərik", -deyə Kim Çen In deyib.

Şimali Koreya lideri ABŞ-ın Koreya yarımadası ilə bağlı danışıqlara öz yanaşmasını dəyişdirmək üçün "cəsarətli" qərar qəbul edənə qədər üçüncü sammitin keçirilməsi ilə bağlı 2019-cu ilin sonuna qədər gözləyəcəyini açıqlayıb: "İlin sonunadək səbirlə ABŞ prezidentini gözləyəcəm – halbuki Hanoy sammiti kimi yaxşı fürsətin düşəcəyini gözləmirəm".

Kim Çen In bildirib ki, ötəön görüşün uğursuz olmasına baxmayaraq, onun Trampla şəxsi münasibətləri yaxşıdır.

O həmçinin sözləyib ki, növbəti sammitin keçirilməsi üçün "münasibətlərin yaxşılaşdırılması üçün konstruktiv razılıq"ın əldə edilməsi mütləqdir.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI