PARADOKS

AKTUAL

"Azərbaycan bütün istiqamətlərdə inkişaf edib" ÖZƏL-MÜNASİBƏT

15-04-2019, 00:18
  •     
  • Ölkə |
  •  Oxunma: 28

"Azərbaycan bütün istiqamətlərdə inkişaf edib" ÖZƏL-MÜNASİBƏT “Atəşkəsdən keçən dövr ərzində Azərbaycan bütün istiqamətlərdə inkişaf edib. Biz bunu həm iqtisadi, siyasi, həm də hərbi sahədə, beynəlxalq münasibətlərdə görürük". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Nadir Şəfiyev deyib.



Politoloqun sözlərinə görə, ümumiyyətlə, son zamanlar diplomatiyamızın həyata keçirdiyi siyasət ardıcıl olaraq öz bəhrəsini verir: "Bu gün biz tam məsuliyyətlə deyə bilərik ki, ATƏT-in Minsk Qrupunun əsas oyunçuları olan üç həmsədrdən ikisi ilə Azərbaycanın çox gözəl və yüksək səviyyəli münasibətləri var. Bu gün Azərbaycan həm Rusiya, həm də ABŞ-la çox gözəl münasibətlər qura bilib. Eyni zamanda Avropa İttifaqı və Fransa ilə münasibətlər elə qurulub ki, Azərbaycan bütün bu güc mərkəzləri ilə münasibətdə heç də kiçik qardaş təsiri bağışlamır. Ölkəmiz bunların hər biri ilə qarşılıqlı maraq doğuran səviyyədə münasibətləri qurub və inkişaf etdirib. Əsas buna təsir edən iki amil var. O amillərdən biri Azərbaycanın çox güclü dövlətə çevrilməsidir və daxili potensialının yüksək olmasıdır. Eyni zamanda Azərbaycanın beynəlxalq münasibətlərdə, xarici siyasətdə apardığı balanslaşdırılmış və çox dəqiq güclü siyasətdir. Bu baxımdan təbii olaraq cənab Prezident İlham Əliyevin dediklərini tam təsdiqləmək olar”.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI