PARADOKS

AKTUAL

Yeni Zelandiyada qadınlar başlarını bağlayaraq müsəlmanları dəstəklədilər

23-03-2019, 17:27
  •     
  • Ölkə |
  •  Oxunma: 25

Yeni Zelandiyada qadınlar başlarını bağlayaraq müsəlmanları dəstəklədilər Yeni Zelandiyada qadınlar məscidlərə hücumdan sonra müsəlmanlarla həmrəy olduqlarını nümayiş etdirmək üçün başlarını örpəklə bağlayıblar.
Bu barədə “Reuters” məlumat yayıb.

Bildirilir ki, belə bir təşəbbüslə Oklenddə yaşayan Taya Aşmen adlı həkim çıxış edib. O, örpək üzündən terrorçuların hədəfinə çevriləcəyindən qorxduğu üçün evdən çıxmayan qadının hekayəsini eşitdikdən sonra bu qərara gəlib.

Bundan sonra aksiyaya digər şəhərlərdən olan qadınlar qoşulub.

“Mən demək istəyirdim ki, biz sizinləyik. İstəyirik ki, siz öz küçələrinizdə özünüzü evinizdəki kimi hiss edəsiniz. Biz sizi sevirik, dəstəkləyirik və hörmət edirik”, – deyə Aşmen vurğulayıb.

Müsəlman icmasının nümayəndələri ilə görüş zamanı Yeni Zelandiyanın baş naziri Djasinda Ardern da başına qara örpək bağlayıb. Həmçinin məsciddəki partlayış zamanı ölən insanların dəfn olunduğu qəbiristanlığı mühafizə edən qadın polislər başlarına örpək bağlayaraq aksiyaya dəstək veriblər.

Qeyd edək ki, Yeni Zelandiyada məscidlərə silahlı hücum nəticəsində 50 nəfər ölüb, 50 nəfər yaralanıb. Hadisəni törədən 28 yaşlı Brenton Tarrant həbs olunub. (Musavat.com)


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI