PARADOKS

AKTUAL

Kim Çen In öz fotoqrafını da cəzalandırdı: İki metrdən yaxın olmazmış…

23-03-2019, 17:24
  •     
  • Ölkə |
  •  Oxunma: 64

Kim Çen In öz fotoqrafını da cəzalandırdı:  İki metrdən yaxın olmazmış… Şimali Koreyadan tez-tez kiminsə ölkənin rəhbəri Kim Çen Inın qəzəbinə tuş gəlməsi barədə xəbərlər eşidirik. Bu dəfə cəzalandırılan onun şəxsi fotoqrafı olub.
Bizimyol.info xəbər verir ki, fotoqraf Kim Çen Inın şəklini çox yaxından çəkdiyinə görə həm işini itirib, həm də Koreyanın hakim Əmək partiyasından çıxarılıb. O, Şimali Koreyanın nüfuzuna zərbə vurmaqda günahlandırılıb.

İddia olunur ki, fotoqraf qaydaları pozub. Sən demə, Kim Çen Inın fotosunu iki metrdən yaxın məsafədən çəkmək olmazmış. Amma o, bu qaydaya əməl etməyib.

Bundan başqa, fotoqraf düz Kimin qarşısında dayanmaqla, bir neçə saniyə ərzində onun önünü kəsib, Şimali Koreya lideri toplaşanları görə bilməyib.

Sonradan məsələ ilə əlaqədar müzakirə aparılıb və 47 yaşlı fotoqrafın işindən uzaqlaşdırılmasına qərar verilib.

Bu yaxınlarda Vyetnamın paytaxtı Hanoyda ABŞ-Şimali Koreya liderlərinin görüşündə də Kim Çen Inı şəxsi fotoqraf kimi o, müşayiət etmişdi.

Hadisənin baş verdiyi toplantının videogörüntülərinə də bununla əlaqədar redaktə edilib. Fotoqrafın düşdüyü bütün kadrları kəsib çıxarıblar.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI