PARADOKS

AKTUAL

Müəllimədən qadınlara inanılmaz çağırış: Uşaq dünyaya gətirməyin!

18-03-2019, 21:41
  •     
  • Ölkə |
  •  Oxunma: 30

Müəllimədən qadınlara inanılmaz çağırış: Uşaq dünyaya gətirməyin! Alman müəllimə Verena Bryunşvayger həm də radikal feminist kimi tanınır. Bu yaxınlarda onun bir kitabı çapdan çıxıb. O, kitabında adamalara çağırış edib ki, Yer üzündə ekologiyanı qorumaq üçün uşaq dünyaya gətirməsinlər.
Bizimyol.info xəbər verir ki, Bryunşvayger çox adamın çox da oksigen israfı olduğunu düşünür. Onun sözlərinə görə, hər yeni insan il ərzində 59 ton karbondioksit deməkdir.

“Karbondioksit isə qlobal istiləşmə deməkdir”,- alman müəllimə belə düşünür.

O, körpə uşağı olduğuna görə analıq məzuniyyətində olan qadınları da tənqid edib. Deyir ki, belələri uşaqsız qadınların hesabına yaşayır.

Bryunşvaygerin uşaqlardan imtina üçün “öldürücü” alqumentlərindən biri də psixoloji faktordur. Hər gün uşaqlarla işləyən müəllimə iddia edir ki, uşaqlar analarını şənləndirmir, onları dünyaya pozitiv baxmağa təhrik etmir.

Feminist-müəllimə kitabında belə nəticəyə gəlib ki, qadınlar uşaq dünyaya gətirməkdən imtina etməlidir. Kim ki bununla razılaşmır, övlad dünyaya gətirib və ya gətirməyi düşünür, belə qadınları o, “zombi” adlandırıb.

“Budur, yeni doğulan körpə: onunla birlikdə bu dünyaya nə qədər də yeni çirkab gəlir”, – Bryunşvayger bu fikirdədir.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI