PARADOKS

AKTUAL

Rusiyalı müğənninin nədən öldüyü məlum oldu

18-03-2019, 21:34
  •     
  • Ölkə |
  •  Oxunma: 46

Rusiyalı müğənninin nədən öldüyü məlum oldu Məşhur rusiyalı müğənni Yuliya Naçalova ötən gün ayağının amputasiya əməliyyatından sonra dünyasını dəyişib.
Yuliyanın atası Viktor Naçalov qızının hansı səbəbdən öldüyü haqda mediaya məlumat verib.

“Bədənində abses (iltihab nəticəsində irin yığılması-red.) baş verib. Həkim personalının bütün cəhdlərinə rəğmən qızımın ürəyi tab gətirmədi və o, dünyasını dəyişdi”, – deyə müğənninin atası bildirib.

Qeyd edək ki, Yuliya Naçalova 31 yanvar 1981-ci il tarixində Voronej şəhərində peşəkar musiqiçi ailəsində dünyaya gəlib. Atası musiqi ansamblının direktoru, anası isə kollektivin solisti olub. Yuliya 1991-1992-ci illərdə keçirilən “Utrennyaya Zvezda” adlı musiqi yarışmasının qalibi olub. Sənətçi karyerası boyunca bir çox musiqi albomları yazdırmaqla yanaşı özünü kino sahəsində aktrisa kimi sınayıb.

Üzərində işləməyi sevən Naçalova “Rossiya 1” telekanalında yayımlanan “Odin v odin” şousunda da möhtəşəm perfomansları ilə izləyiciləri təəccübləndirib. O, “Uçitel”, “Duymovoçka”, “Qeroy ne moyeqo romana”, “Mejdu mnoy i toboy” və digər hitləri ilə izləyicilərin sevgisini və rəğbətini qazanıb. (Oxu.az)


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI