PARADOKS

AKTUAL

Yeni Zenlandiyada məscidə hücum edən şəxs İstanbulu yenidən xristian şəhəri etmək istəyir

15-03-2019, 15:50
  •     
  • Ölkə |
  •  Oxunma: 43

Yeni Zenlandiyada məscidə hücum edən şəxs İstanbulu yenidən xristian şəhəri etmək istəyir Yeni Zelandiyada iki məscidə hücum edən avstraliyalı, 28 yaşlı Brenton Tarrant hücumdan əvvəl 70 səhifəlik manifest yayımlayıb.

Sputnik yazır ki, əqli problemi olduğu deyilən B.Tarrant hücumu kompüter oyunlarına bənzər qurub və sosial media vasitəsilə canlı yayımlayıb. O, məscidə girən kimi atəş açmağa başlayıb.


Hücum anı. Foto: Twitter
Onun “YouTube”da paylaşdığı manifestdə türklər üçün ayrılmış bölmə də var. “To turks” başlığı altında yazdığı manifestdə B.Tarrant deyir:

Torpaqlarınızda dinc formada yaşaya bilərsiniz, sizə zərər dəyməyəcək. Bosfor boğazının şərq tərəfində. Amma boğazın qərb tərəfində yaşamağa cəhd eləsəniz, Avropaya gəlsəniz, sizi öldürəcəyik. Konstantinopola gəlib, bütün məscidləri yıxarıq. Ayasofya minarələrdən xilas olacaq və Konstantinapol yenə xristian şəhəri olacaq

Manifestdə ABŞ prezidenti Donald Trampın da adı hallanır və hücumçu deyir ki, Tramp ağ irqin və ortaq məqsədlərin simvoludur, amma Tarrant onu siyasi lider kimi tanımır.

Manifestə əsasən hücumçunun 2011-ci ildə Norveçdə 77 nəfəri öldürən Anders Behring Breivikdən ilham aldığı güman edilir.

Son məlumatlara görə, hadisə nəticəsində ölənlərin sayı 49-a çatıb, 39 nəfər isə ağır yaralıdır.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI