PARADOKS

AKTUAL

Elektron siqaretlər daha təhlükəlidir

15-03-2019, 15:19
  •     
  • Ölkə |
  •  Oxunma: 37

Elektron siqaretlər daha təhlükəlidir Amerikada aparılan araşdırmalar üzə çıxarıb ki, ülüktron siqaretlər düşünüldüyündən daha təhlükəlidir. Bu siqaretlərdən istifadə edənlərdə infarkt və depressiya riski artır. Araşdırmanın nəticələri Almaniyanın “Focus” jurnalında dərc olunub.
Bizimyol.infp xəbər verir ki, araşdırmaları Kanzas Universitetinin alimləri aparıb. Onların fikrincə, elektron siqaretlərdən istifadə edənlərdə infarkt riski ondan istifadə etməyənlərlə müqayisədə 56 faiz yüksəkdir. İnsult riski isə təxminən 30 faiz çoxdur: “Ümumiyyətlə, bu cür adamlarda qan dövranı xəstəliklərinə çox tez-tez rast gəlimir. Bu xəstəliklərin də təxminən 44 faizi tromboz olur. Siqaret çəkməyənlərlə müqayisədə onlarda depressiya, narahatlıq və başqa emosional pozğunluqlara iki dəfə çox rast gəlinir”.

ABŞ-da xəstəliklərin profilaktikası və onlara nəzarət çərçivəsində həyata keçirilən araşdırma 2014-cü ildə başlanıb və dörd il davam edib. Araşdırma zamanı 96 min 467 nəfər arasında sorğu keçirilib. Sorğu iştirakçılarından elektron siqaret istifadəçisi olanların orta yaşı 33 olub.

“Bu araşdırma elektron siqaretlərin adi siqaretlərlə müqayisədə daha təhlükəsiz olması barədə fikirlərin doğru olmadığını ortaya qoydu. Bu iddianı irəli sürənlər ona əsaslanırdı ki, elektron siqaretlərdə tüstü olmur və ağciyərə daha az zərərli maddələr axır. Amma bunu deyənlər nəzərə almır ki, elektron siqaretlərdə kimyəvi maddələrin qarışığından ibarət mürəkkəb kokteyl olur”, – araşdırmaçılar bildirib.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI