PARADOKS

AKTUAL

Venesuelada su kranından neft axmağa başladı – Video

15-03-2019, 15:15
  •     
  • Ölkə |
  •  Oxunma: 52

Venesuelada su kranından neft axmağa başladı – Video Venesuelada bütün sahələrdə həyat iflic vəziyyətinə düşüb. Martın 7-dən ölkənin əksər hissəsində işıq yoxdur. Neçə gündür məktəblər də bağlanıb. İndi isə içməli su ilə bağlı problemlər ortaya çıxıb.
Bizimyol.info xəbər verir ki, San Dieqo şəhərində su kranından neft axmağa başlayıb. Yerli sakinlər növbəti dəfə su kəsiləndən bir az sonra krandan qara maye gəldiyini görüblər. İnternetdə hadisənin videosu peyda olub. Böyük ehtimalla su borularına haradasa neft kütləsi axıb.

Venesuelada su kranından neft axmağa başladı

Venesuela prezidenti Nikolas Maduro baş verənlərə görə yalnız ABŞ-ı ittiham etməklə kifayətlənir. Xüsusilə elektrik enerji böhranını amerikalıların üzərinə yıxır. Su problemi də elektrik enerjisi qədər ciddiləşir. Hakimiyyət problemləri həll etməkdə acizdir.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI