PARADOKS

AKTUAL

Hitlerin 260 yük maşını ilə daşıtdırdığı xəzinənin yeri tapılıb

11-03-2019, 21:19
  •     
  • Ölkə |
  •  Oxunma: 17

Hitlerin 260 yük maşını ilə daşıtdırdığı xəzinənin yeri tapılıb Üçüncü Reyx (Almaniya imperiyasının 1933-cü il yanvarın 30-unda 1945-ci il mayın 23-dək dövrünün qeyri-rəsmi adı) zabiti Eqon Ollenhauerin gündəliyi tapılıb.

Daily Mail yazır ki, həmin gündəlikdə nasistlərin Polşadan geri çəkilərkən qızıl, sənət əsərləri və digər dəyərli əşyaları gizlədikləri yerlər təsvir edilib.

Gündəlikdə yazılanlara görə Adolf Hitler dəyərli əşyalarla dolu 260 yük maşınını Polşada 11 fərqli yerdə gizlədib.

Gündəliyin sahibi E.Ollenhauer bu əməliyyatlardakı əsas fiqurlardan biri olub. O, dəyərli əşyalarını Sovet qoşunlarından gizləmək istəyən yerli aristokratlarla nasistlər arasında vasitəçilik edib.

Gündəlikdə qeyd olunub ki, anbarlardan birində təxminən, 28 ton qızıl gizlədilib. Digər anbarlarda isə qızıl pullar, madalyonlar, zinət əşyaları və s. var. Digər bir anbarda isə Fransadan oğurlanan, Bottiçelli Rubens, Karavacco, Mone, Rafael və Rembrandt da daxil olmaqla bir çox məşhur sənətkara aid 47 sənət əsəri gizlədilib.

Gündəliyin indiki sahibi “Schlesische Brücke” dərnəyindən Roman Förmeniak deyir ki, alman zabitlərinin qeydləri və gündəlikləri Almaniyanın Kvendlinburq şəhərindəki Mason lojasında illərlə gizlədilib və bir neçə il öncə bu dərnəyə təhvil verilib:

Loja şərt qoymuşdu ki, gündəliyi ancaq hadisələrlə əlaqəli olan bütün şəxslər vəfat etdikdən sonra yayımlaya bilərik. Ona görə də biz gündəliklə bağlı məlumatı indi paylaşırıq

R.Förmaniak gündəliyin orjinal olduğunu 5 müxtəlif Alman Universitetinin təsdiqləndiyini deyir.

Hazırda dərnək gündəlikdə haqqında danışılan anbarları axtarır. R.Förmeniak xəzinənin gizləndiyi 3 anbarın yerini təxmini olaraq tapdıqlarını deyir:

Onlardan biri göl dibində yerləşir, digəri Polşadakı saraylardan birinin divarları arasındakı gizli otaqdadır, üçüncüsü isə parklardan birindəki dərin bir quyudadır


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI