PARADOKS

AKTUAL

Valideynlər birləşib qızlarını öldürdülər – Cəsədini kimyəvi turşuda əritdilər

18-02-2019, 18:05
  •     
  • Ölkə |
  •  Oxunma: 33

Valideynlər birləşib qızlarını öldürdülər – Cəsədini kimyəvi turşuda əritdilər Kimyəvi turşu vedrəsinin içərisindən uşağa aid bədən hissələri tapılıb.
Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, uşağın valideynləri cinayətlə bağlı şübhəli kimi saxlanılıblar.

ABŞ-ın Texas ştatının Laredo əyalətində yaşayan 32 yaşlı Gerardo Zavala Loredo və 37 yaşlı Monica Yvonne Dominguez azyaşlı uşaqlarının ölümündə təqsirkar biliniblər. Onlar Rebecka Zavala adlı qızlarını öldürdükdən sonra iz itirmək üçün uşağın cəsədini kimyəvi turşuda əridiblər.

Uşağı görməyən qonşular vəziyyətdən şübhələnərək polisə xəbər veriblər. Hadisə yerinə gələn polislər evdə axtarış aparan zaman içərisində kimyəvi turşu olan vedrə tapıblar. Cütlüyün yataq otağında olan vedrədən ərinmiş cəsəd hissəcikləri çıxıb.

Məlum olub ki, onlar qızı vannada boğduqdan sonra hissələrə ayıraraq turşuya salıblar.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI