PARADOKS

AKTUAL

“Celentano Tribute Show” Bakıya sürprizlə gəlir

12-02-2019, 02:11
  •     
  • Ölkə, Mədəniyyət |
  •  Oxunma: 60

 “Celentano Tribute Show” Bakıya sürprizlə gəlir
 “Celentano Tribute Show” Bakıya sürprizlə gəlir
 “Celentano Tribute Show” Bakıya sürprizlə gəlir

“Celentano Tribute Show” fevralın 13-də Heydər Əliyev Sarayında keçiriləcək
konsertində tamaşaçıları sürpriz gözləyir. Bu barədə dünya şöhrətli aktyor və
müğənni Adriano Çelentanonun “rəsmi əkiz” Maurizio Schweizer Bakı sakinləri
və şəhərin qonaqlarına etdiyi müraciətində bildirib.
Qeyd edək ki, Bakıda ilk dəfə, sevgililər gününə özəl olaraq keçiriləcək təkrarsız
İtaliya layihəsi Celentano Tribute Show nümayiş etdiriləcək. Kreativ layihələri ilə
seçilən SUNAR Medianın təşkilatçılığı ilə reallaşan konsert proqramı əfsanəvi
dünya ulduzu Adriano Celentanonun 80 illik yubileyi şərəfinə keçirilir.
Əfsanəvi Adriano Celentanonun ən sevimli xitləri və performansları Maurizio
Schweizerin ifasında Azərbaycan tamaşaçısına təqdim olunacaq.
İstedadı və böyük əməyi sayəsində Maurizio öz tanınmış əkizinin obrazının bütün
detallarını - səsini və hərəkətlərini inanılmaz bacarıqla təkrarlaya bilir. Celentano
Tribute Show bir çox dünya ölkələrində konsert proqramı ilə çıxış edərək,
tamaşaçıları valeh edir. Buna misal olaraq, Moskvanın Crocus City Hall konsert
zalında keçililən unudulmaz şouları qeyd etmək olar.
Bundan başqa, şou ABŞ teatrlarında da böyük uğurla nümayiş etdirilir. Fransa,
Ukrayna, İspaniya, Latviya, Türkiyə, Qazaxıstan, Almaniya, Mold Moldova və sair
ölkələrdə də uğur qazanan şou indi Azərbaycanda geniş tamaşaçı kütləsinə ilk
dəfə təqdim olunacaq.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI