PARADOKS

AKTUAL

FİFA prezidenti Putinə təşəkkür etdi

8-02-2019, 21:19
  •     
  • Ölkə |
  •  Oxunma: 13

FİFA prezidenti Putinə təşəkkür etdi Rusiya prezidenti Vladimir Putin FİFA-nın prezidenti Canni İnfantinonu "Dostluq" ordeni ilə təltif edib.

Sport7.az xəbər verir ki, bununla bağlı olaraq qurum rəhbəri Putinə minnətdarlıq edib.



"TASS"a danışan İnfantino "Bu mənim üçün böyük şərəfdi. İnanılmazdı. Mən bu şərəf üçün Vladimir Putinə təşəkkür edirəm. Bu mükafata layiq olduğumu düşünmürdüm. Ancaq bu ordenə görə çox qürurluyam", deyə bildirib.

Qeyd edək ki, 2018-ci ildə futbol üzrə dünya çempionatı Rusiyada keçirilib. Turnirin qalibi Xorvatiyanı yenən Fransa millisi olub. Meydan sahibi Rusiya isə 1/4 finalda mübarizəni dayandırıb.

Sport7.az


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI