PARADOKS

AKTUAL

Vaqif Sadıqov istefa verir – MK sədri bezib!

8-02-2019, 21:17
  •     
  • Ölkə |
  •  Oxunma: 72

Vaqif Sadıqov istefa verir – MK sədri bezib! "Bundan sonra "Kəpəz” harda olasacaqsa, mən orda olacam” – bu sözləri AFFA Məşqçilər Komitəsinin sədri, AFFA İcraiyyə Komitəsinin və "Kəpəz”in Müşahidə Şurasının İdarə heyətinin üzvü Vaqif Sadıqov bir müddət əvvəl öz müsahibəsində demişdi.

Sport7.az xəbər verir ki, bu dəqiqələrdə "Kəpəz” doğma meydanda MOİK-i qəbul edir. Amma Vaqif Sadıqov Gəncəyə yollanmayıb, yəni "Kəpəz”in yanında deyil.

Sadıqovun vədinə xilaf çıxması heç də səbəbsiz deyil. Təcrübəli futbol adamı yaxşı başa düşüb ki, Gəncədə onu fanatların və futbolçuların təzyiqləri gözləyir. Buna sinə gərmək isə heç də asan olmayacaq. Çünki əvvəlcədən vəd olunduğu kimi, "Kəpəz”də maaş problemi həll edilməyib. Futbolçular yalnız noyabr ayının maaşına qovuşublar. Qalan iki ayın pullarının nə vaxt veriləcəyi isə qeyri-müəyyəndi.



Sadıqov Gəncədə ona ünvanlanacaq sualların cavabını bilmədiyi üçün özünü odun içinə atmaqdan vaz keçib. Gəncəyə yollanmamaqdan ötrü Vaqif bəy bu günə AFFA-da millinin məşqçiləri ilə görüş də təyin edib.

Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, Vaqif Sadıqov "Kəpəz”də vəzifə başına keçdiyinə görə peşman olub və işlərinin çoxluğunu əsas gətirərək bu işdən uzaqlaşmaq istəyir. Bundan ötrü isə Elxan Məmmədovun razılığı lazımdı. Çünki Sadıqov birmənalı olaraq onun göstərişi ilə hərəkət edir. Amma atalar demişkən "səni çox sevirəm, amma özümü səndən də çox sevirəm”. Məhz bu prinsipə görə Vaqif bəy özünü kiməsə sipər etməkdən vaz keçib, ağrımayan başına dəsmal bağlamaq istəmir.

Sport7.az


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI