PARADOKS

AKTUAL

Heydər Əliyev Fondu meyxanaçı Kərimin müalicəsini öz üzərinə götürdü

8-02-2019, 21:04
  •     
  • Ölkə |
  •  Oxunma: 68

Heydər Əliyev Fondu meyxanaçı Kərimin müalicəsini öz üzərinə götürdü Heydər Əliyev Fondu meyxana ustası Ağakərimin (Kərim Novruzov) müalicəsi ilə bağlı xərcləri öz üzərinə götürüb.

Bu haqda AZXEBER.COM-a meyxanaçının problemini efirdə səsləndirən Tarix Əliyev məlumat verib.

Tolik buna görə fondun prezidenti Mehriban Əliyevaya təşəkkür edib.

Xatırladaq ki, dünən Xəzər TV-də yayımlanan "Hər şey daxil" verilişində ailəsi maddi vəziyyəti ilə əlaqədar meyxana ustadının müalicəsinin yarımçıq qaldığını açıqlamışdı.

Heydər Əliyev Fondu isə Ağakərimin səhhəti ilə bağlı vəziyyəti araşdıraraq, ona dəstək göstəriləcəyini bildirib.


2017-ci ilin mart ayında meyxanaçının beyninə qan sızıb, bundan sonra onun dayaq-hərəkət sistemində problemlər yaranıb.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI