PARADOKS

AKTUAL

Fransa klubu itkin düşən futbolçunun transfer məbləğini tələb edib

7-02-2019, 03:17
  •     
  • Ölkə |
  •  Oxunma: 22

Fransa klubu itkin düşən futbolçunun transfer məbləğini tələb edib Fransanın “Nant” klubu itkin düşən Emiliano Sala üçün İngiltərənin “Kardiff Siti” komandasından 15 milyon funt sterlinq tələb edib.
Qarşı tərəf 29 yaşlı oyunçunun itməsi ilə bağlı istintaqın tam detallarını alana qədər Fransa təmsilçisinə pul verməyəcəyini bildirib.

Qeyd edək ki, Emiliano Sala qış transfer pəncərəsində “Nant”dan “Kardiff Siti”yə keçib və İngiltərə təmsilçisinin tarixində ən bahalı oyunçu olub. Yanvarın 21-də argentinalı oyunçunu aparan təyyarə yoxa çıxıb. Daha sonra axtarış qrupu təyyarənin qalıqlarını tapıb. (Report.az)

Paylaş:


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI