PARADOKS

AKTUAL

Adamları aldadıb mal satmaq marketinq deyil - Aygün Hüseynzadə

18-01-2019, 04:09
  •     
  • Ölkə, MARAQLI |
  •  Oxunma: 1591

21-ci əsrdə dünyanın ən gəlirli sahələrdən biri marketinq sahəsi hesab olunur. Eyni zamanda dünyada ən mürəkkəb peşələrdən biri də marketoloqdur. Araşdırmalara görə, önümüzdəki illərdə iqtisadiyönümlü peşələrə tələbat yüksək səviyyədə qalacaq. Bu sahə Azərbaycanın əmək bazarında yeni olsa da, inkişaf sürəti ildən-ilə artır. Hər bir peşənin özünəməxsus qaydaları olduğu kimi, bu amil marketinq işinə də aiddir.

Ümumən marketinqin idarəedilməsi əsaslarını formalaşdıran bir neçə marketinq konsepsiyası vardır ki, bu konsepsiyalardan hər biri marketinq menecerinə öz işini daha yaxşı icra etməyə və işlədiyi şirkət üçün daha yaxşı gələcək qurmağa kömək edir. İndiki şəraitdə isə Azərbaycanın marketinq bazarını Türkiyə, ABŞ və Avropa ölkələrinin marketinq bazarı ilə müqayisə etmək bir qədər çətindir.

Azərbaycanın əmək bazarında yeni dirçəlməyə başlayan bu sahə ilə yanaşı, Azərbaycanda marketoloqların fəaliyyəti ilə bağlı Resmixeber.az-ın əməkdaşı Aygün xanımdan müsahibə alıb.
Resmixeber.az həmin müsahibəni oxucularına təqdim edir:


- Aygün xanım, marketing Azərbaycan üçün yeni bir fəaliyyət sahəsi hesab olunur. Əksər insanlar bu sahədən xəbərsiz və məlumatsızdırlar. Marketinq nədir və hansı sahələri əhatə edir?

- Marketinq sözü ingilis dilində “bazarda fəaliyyət” anlamını verir. Müasir zamanda marketinq adı altında istehsal edilmiş məhsul və xidmətlərin alıcıya satmağa yönələn hərəkət və proseslərin məcmusu nəzərdə tutulur. Marketoloqun vəzifəsi alıcıların tələbatlarını öyrənib, onları ödəməkdən ibarətdir. Bu, klassik yanaşmadır. Son 50-60 ildə isə marketoloqlar həmçinin alıcılarda tələbatların yaradıması ilə də məşğul olmağa başlayıblar. Tələbatları öyrənib, onlara uyğun məhsul və ya xidmət təklif etməklə yanaşı, marketoloqlar istehsal edilmiş məhsul və xidmətə alıcıda tələbat yaradırlar. Bəzi iqtisadçılara görə, əgər insanlar ancaq tələbatlarını ödəyən məhsulları alarsa, dünya iqtisadiyyatı 3 aya çökər. Son 1 ay ərzində etdiyimiz alış-verişi təhlil etsək görərik, həqiqətən də birbaşa tələbatlarımızın ödəməsinə aid olmayan nə qədər məhsul və xidmətə pul xərcləmişik. Bunun üçün biz marketoloqlara “təşəkkür” etməliyik.


Resmixeber.az Rəsmiyyə Aydınqızı















Adamları aldadıb mal satmaq marketinq deyil - Aygün Hüseynzadə


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI