PARADOKS

AKTUAL

“Məhsəti” romanı işıq üzü gördü

15-01-2019, 21:56
  •     
  • Ölkə, Mədəniyyət |
  •  Oxunma: 88


Yazıçı Cavi Danın “Məhsəti” adlı yeni romanı çap olunub. Əsər Azərbaycanın ilk
xanım şairi Məhsəti Gəncəvinin həyat və yaradıcılığından bəhs edir. Roman 12-ci
əsrin tanınmış Şərq mütəfəkkiri və xeyriyyəçisi haqqında ilk irihəcmli bədii
əsərdir. Roman üzərində bir il çalışdığını deyən Cavi Dan, Məhsəti haqqında əsər
yazmağın təsadüf olmadığını deyir: “ Məhsəti Gəncəvi öz dövrü üçün çox müasir
və fərqli xanım olub. Azərbaycanın ilk şair, musiqiçi, şahmatçı və dövrünün
mükəmməl təhsilini almış qadındır. Bütün bildiklərini tədris etdiyi şəxsi məktəbi
olub. Belə bir xanım haqqında çox az məlumat var. Məhsəti haqqında yazmaq
ədəbiyyatımızda qadın xəttini öyrənməyə mənə kömək oldu. Bu gün Azərbaycanda
ədəbiyyat sahəsində olan hər bir qadının ilk ustadı məhz Məhsəti Gəncəvidir”.
Romanda Məhsətinin Nigar Rəfibəylinin tərcümə etdiyi rübailərindən və Rafael
Hüseynovun "Məhsəti necə varsa" kitabındakı məlumatlardan, xüsusən də "Əmir
Əhməd və Məhsəti" dastanının süjet xəttindən istifadə olunub.
Tarixi janrda olan əsərdə Məhsətinin həyatından, onun keşməkeşli və təzadlı ömür
yolundan danışılır. “Məhsəti” müəmma haləsinə bürünmüş qeyri-adi qadın
taleyindən bəhs edir.
Kitabın redaktoru yazıçı-publisist Kərim Kərimlidir.
Qeyd edək ki, bu, Cavi Danın sayca dördüncü kitabıdır. Yazıçı eyni zamanda
Azərbaycanda və Öbəkistanda nümayiş etdirilən "Günəşim ol" və "Uçurum"
teleseriallarının ssenari və süjet müəllifidir.
Cavidan hazırda İmadəddin Nəsimiyə həsr etdiyi “Şəms” romanı üzərində çalışır.
Xatırladaq ki, Prezident İlham Əliyev 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan
edilməsi haqqında sərəncam imzalayıb.

“Məhsəti” romanı işıq üzü gördü
“Məhsəti” romanı işıq üzü gördü


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI