PARADOKS

AKTUAL

"Azərbaycan Rusiya vətəndaşlarına qarşı hər zaman loyal məkan olub" ŞƏRH-ÖZƏL

13-01-2019, 19:35
  •     
  • Ölkə |
  •  Oxunma: 16

"Azərbaycan Rusiya vətəndaşlarına qarşı hər zaman loyal məkan olub" ŞƏRH-ÖZƏL “Artıq neçənci dəfədir ki, Mariya Zaxarova ittihamlı, daha çox ermənipərəst mövqe sərgiləyən bəyanatla çıxış edir. Çox təəssüf ki, Mariya Zaxarova bəzi hallarda Rusiya Federasiyasında hansı qurumu təmsil etdiyinin fərqinə varmır”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Sahil İsgəndərov deyib.

Zaxarovanın son Rusiya vətəndaşının Azərbaycana buraxılmamasına görə bəyanatının düşünülməmiş, qərəzli olduğunu deyən politoloq söyləyib ki, bu cür ittihamlar əslində Azərbaycan-Rusiya münasibətlərinə kölgə salır: “Azərbaycan-Rusiya münasibətləri birmənalı şəkildə Zaxarovanın bəyanatları və ya subyektiv fikri əsasında qurulmur. Bu münasibətlər ilk növbədə dövlət başçılarının sıx, dostluq, bir-birilərinə etinad atmosferi olan münasibətləri ilə ölçülür və bunun əsasında qurulur. Amma istənilən halda, Rusiya XİN sözçüsünün dəfələrlə düşünülməmiş bəyanatları ancaq təəccüb doğura bilər”.

S.İsgəndərov bildirib ki, Rusiya rəhbərliyi Mariya Zaxarova haqqında addım atmalı, ya da Kremldən iki ölkə münasibətlərinə zidd bəyanatların verməməsi üçün xəbərdarlıq edilməlidir: “ Əgər söhbət Rusiya diplomatiyasından gedirsə XİN başçısının sözçüsü də sözün əsil mənasında diplomat olmalıdır ki belə xoşagəlməz bəyanatlar səslənməsin”.

Azərbaycanın Rusiya vətəndaşlarına qarşı hər zaman loyal məkan olduğunu deyən politoloq vurğulayıb ki, ölkəmiz Rusiya vətəndaşları və ümumiyyətlə rus dilli insanlar üçün postsovet məkanında ən liberal respublikalardan biridir: “ Mariya Zaxarovanın təəssübünü çəkdiyi Ermənistanda rusların sayı son 30 ildə 10 dəfədən çox azalıb. Ermənistanda rusdilli məktəblərin olmadığı halda, Azərbaycanda belə məktəblərin sayı kifayət qədərdir. Söhbət erməni mənşəli Rusiya vətəndaşlarından gedirsə, o zaman bu yanaşmada daha diqqətli olmaq yaxşı olardı. Əgər Zaxarova həqiqətən də erməni əsilli vətəndaşların Azərbaycana buraxılmamasından danışırsa, biz hələ indiyədək erməni girovluğunda olan Rusiya vətəndaşı Dilqəm Əsgərovla bağlı onun çağırış etdiyini eşitməmişik. Rusiya vətəndaşlarının bu qədər “narahat”çılığını çəkən Mariya Zaxarova onda bu məsələni də gündəmə gətirib ermənilərə təzyiq edərək öz Dilqəm Əsgərovun girovluqdan azad olunmasını tələb etsin. Niyə azərbaycanlı girovlarının təhlükəsizliyi məsələsi haqqında danışılmır?”

Politoloq qeyd edib ki, Zaxarova Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində əsas vasitəçilərdən biri olduğunu unutmamalıdır: “Rusiya BMT-nin Azərbaycan ərazilərinin qeyd-şərtsiz boşaldılması ilə bağlı 4 qətnaməni dəstəkləyib. Zaxarova anlamalıdır ki, XİN sözçüsü vəzifəsi onun şəxsi statusu deyil, bu, Rusiyanın rəsmi vəzifəsidir. Əgər Mariya diplomatiya işini bilirsə, o zaman bu cür bəyanatlar verməməlidir. Onun erməni əsilli vətəndaşların geri qaytarılması istiqamətində Azərbaycana xəbərdarlıq edilməsi ilə bağlı söylədikləri cəfəngiyatdır. Çünki Rusiya siyasi rəhbərliyi tərəfindən heç zaman Azərbaycana belə tələb qoyulmayıb və ölkəmizdə öz üzərinə belə öhdəlik götürməyib”.

S.İsgəndərov əlavə edib ki, Azərbaycanın beynəlxalq səviyyədə üzərinə götürdüyü bir öhdəlik var və bu öhdəliyi yüksək səviyyədə yetirdiyi kimi digərlərindən də bunu tələb edir: “ Azərbaycanın buna mənəvi haqqı çatır. Ölkəmiz dünya ictimaiyyəti qarşısında götürdüyü öhdəlik, Azərbaycan səfər edən hər bir xarici vətəndaşın təhlükəsizliyi təmin olunması ilə bağlıdır. Bu baxımdan Azərbaycan belə məsələlərə haqlı olaraq həssas yanaşır”.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI