PARADOKS

AKTUAL

"Nəsimi ili"nin elan olunması hər birimizin ürəyindən xəbər verir" RƏY-ÖZƏL

13-01-2019, 19:25
  •     
  • Ölkə |
  •  Oxunma: 15

"Nəsimi ili"nin elan olunması hər birimizin ürəyindən xəbər verir" RƏY-ÖZƏL "Azərbaycanda hər zaman ölkə və dövlət rəhbərliyi səviyyəsində söz, ədəbiyyat adamlarına, böyük şəxsiyyətlərə, mütəfəkkirlərə, bu xalqın və dövlətin taleyində böyük rolu olmuş yaradıcı şəxslərə qarşı böyük qayğı və diqqət olub. Bunun nəticəsidir ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2019-cu il " Nəsimi" ili elan edilib". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

O bildirib ki, ölkə başçısı tərəfindən bu istiqamətdə verilən sərəncam hər birimizin ürəyindən xəbər verir, söz, ədəbiyyat adamları, yaradıcı insanlar kimi bütün xalqımızı sevindirir. Deputat deyib ki, Azərbaycanın dahi şairi Nəsimi bu xalqın dərdlərinin, əzablarının şairi, haqq-ədalət çarcısı olub: "Bütün əzab-əziyyətlərə, incidilmələrə, tərki-Vətən edilməsinə baxmayaraq, öz yazdıqlarının üstündən xətt çəkməyib, əqidəsindən dönməyib. Hətta, çox faciəli şəkildə, diri-diri dərisi soyulsa da, əzab verilərək, öldürülsə də, son anda da öz Nəsimiliyini, dönməzliyini, sınmazlığını, sarsılmazlığını sübut edib". E. Səlimov qeyd edib ki, belə bir dahi şairin, böyük söz adamının xatirələrdə, hafizələrdə, yaddaşlarda yaşaması təbiidir, onunla bağlı prezident sərəncamının verilməsi və məlum tarixi-son qərarın elan edilməsi məntiqidir: "Necə ki, Azərbaycanımız var, Nəsimi də var. Nəsimi hər zaman ruhən bizlərlə yaşayacaq".


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI