PARADOKS

AKTUAL

"Azərbaycan inkişafın yeni mərhələsinə qədəm qoydu" MÜNASİBƏT-ÖZƏL

13-01-2019, 19:21
  •     
  • Ölkə |
  •  Oxunma: 14

"Azərbaycan inkişafın yeni mərhələsinə qədəm qoydu" MÜNASİBƏT-ÖZƏL Yola saldığımız 2018- ci il narahat dünyamızda bir çox siyasi, ictimai, iqtisadi, hərbi hadisələrlə, zəngin oldu. Bütün dünyanın qlobal kataklizmlərlə, sarsıntılarla qarşılaşdığı ildə ölkəmiz nəinki sabitliyi, əmin-amanlığı qoruyub saxladı, həyatın bütün sahələrində irəliyə doğru inamlı addımlar ataraq, bir çox uğurlara nail oldu, inkişafının yeni mərhələsinə qədəm qoydu". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Gövhər Baxşəliyeva deyib. Deputat bildirib ki, ötən il "Cümhuriyyəti ili" ilə əlaqədar mühüm tədbirlərin keçirilməsi, iki hərbi paradın nümayiş olunması, ölkəmizin təşəbbüsü ilə reallaşan mühüm layihələr 2018-ci ilin uğurlarından xəbər verir.

Onun sözlərinə görə, 2018-ci ilin ən yaddaqalan və tarixi hadisələrindən biri də 11 aprel prezident seçkiləri oldu: "Alternativ əsaslarla və demokratik seçki mühitində keçirilən seçkilərdə qədirbilən Azərbaycan xalqı yenə öz müdrik seçimini etdi, ölkə Prezidenti İlham Əliyevə səs verməklə, etimad göstərməklə onu yenidən növbəti 7 il müddətinə rəhbər seçdi".

G.Baxşəliyeva vurğulayıb ki, ötən il həmçinin Azərbaycanın dünyanın ən nüfuzlu ölkələri – Rusiya, Böyük Britaniya, Fransa, İtaliya, Almaniya, Belarus və digər dövlətlərlə münasibətlərində yeni keyfiyyət dəyşiklikləri baş verdi: "Dövlət başçısının Böyük Britaniyaya, Fransaya və Rusiyaya səfərləri, eləcə də İtaliya və Almaniya liderlərinin Azərbaycana gəlmələri, il ərzində Azərbaycan və Rusiya prezidentlərinin 6 dəfə görüşməsi Azərbaycanın etibarlı tərəfdaş kimi dünyadakı yerini bir daha təsdiqlədi, eyni zamanda Ermənistanın təcridi siyasətində böyük rola malik oldu. Yola saldığımız il həmçinin bizi Qarabağa daha da yaxınlaşdırdı".

Ötən ilin Azərbaycan elminin və təhsilinin inkişafında növbəti uğurlu mərhələ kimi yadda qaldığını dilə gətirən G.Baxşəliyeva vurğulayıb ki, 2018-ci ildə ölkə parlamenti tərəfindən təhsilin inkişafına böyük və müsbət təsir göstərəcək bir sıra qanunlar qəbul edilib ki, bura "Peşə təhsili haqqında" yeni, "Təhsil haqqında" qanuna edilən 64 dəyişiklik daxildir. Bütün bunlar bir daha göstərir ki, ötən il Azərbaycanın bütün sahələrində böyük nailiyyətlər əldə olunub və 2019-cu il bizi daha böyük uğurlar gözləyir".

Müəllif: Nailə Məhərrəmova


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI