PARADOKS

AKTUAL

“Qarayaxma, yalan danışmaq müxalifətin köhnə xəstəliyidir” RƏY-ÖZƏL

11-01-2019, 05:08
  •     
  • Ölkə |
  •  Oxunma: 20

“Qarayaxma, yalan danışmaq müxalifətin köhnə xəstəliyidir” RƏY-ÖZƏL "Adlarını sadaladığınız adamların məqsədi məramı bəllidir. Demək olar ki, Ə.Kərimlinin, A.Hacılının, C. Həsənlinın, O.Teymurxanın, T.Sadıqlının və digərlərinin bütün hərəkətləri Azərbaycanı beynəlxalq aləmdə gözdən salmağa yönəlib". Bunu SİA-ya açıqlamasında “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas deyib.

Baş redaktor bildirib ki, onların bu cür hərəkətlərini qətiyyən təsadüfü hesab etmirəm və ya yaxuda ki, bunlar bunu bilmirlər, belə şey yoxdur bunlar nə elədiklərini bilirlər: "Yəni qarayaxma, yalan danışmaq, adı bir məhbusun aclıq aksiyasını böyük bir siyasi şouya çevirmək və bunun üçün Azərbaycan hakimiyyətini günahlandırmaq və beynəlxalq aləmdə maraqda duran düşmənlərimizə dəstək vermək, onlara müəyyən istiqamət vermək müxalifətin köhnə xəstəliyidir. Ona görə də, hesab edirəm ki, bu adamların özlərini müxalifət adlandırıb, əslində Azərbaycana düşmənçilik edən bu insanların bundan əvvəlki kimi, törətdikləri bütün bu cür yalan hay-küylər, fantastik şoular öz nəticəsini verməyəcəkdir. Təbii ki, Azərbaycan demokratik dövlət olaraq, öz inkişafını davam edəcəkdir. Sadəcə olaraq, təəssüf doğuran odur ki, bunların hər biri Azərbaycan vətəndaşıdır və Azərbaycanı hörmətdən salmaq üçün əllərindən gələn hər cür riyakarlığa, hər cür mənfi hərəkətlərə əl atırlar. Ona görə də, biz buna təəssüf edirik və yaxşı olar ki, bu insanlar tutduqları bu əyri yoldan çəkinsinlər. Yəni yalanları uydurmaq və beynəlxalq aləmdə Azərbaycanın nüfuzuna xələl gətirmək heç də yaxşı əlamət deyil, ən azı bunlar Azərbaycan vətəndaşı olduqlarını unutmamalıdırlar".

Müəllif: Gülyana


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI