PARADOKS

AKTUAL

Ərdoğan Rusiyaya nə vaxt səfər edəcək?

11-01-2019, 05:07
  •     
  • Ölkə |
  •  Oxunma: 52

Ərdoğan Rusiyaya nə vaxt səfər edəcək? Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yazın zamanda Rusiyaya səfər edəcək. LAkin səfərin dəqiq tarixi müəyyənləşdirilməyib. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov açıqlayıb.

"Səfər kifayət qədər yaxın müddətdə baş verəcək və səfərlə bağlı hazırlıq işləri gedir. Lakin dəqiq tarix hələ müəyyənləşməyib",- deyə Peskov qeyd edib.

Xatırladaq ki, bundan əvvəl Türkiyənin Anadolu agentliyi Ərdoğanın cari ilin yanvar ayında Rusiyaya səfər edəcəyini açıqlamışdı. Məlumata görə, liderlər Suriyada vəziyyət və Moskvanın S-400 raket əleyhinə raket sistemlərindən Ankaranı satın alma müqaviləsi də daxil olmaqla bir çox məsələləri müzakirə edəcəklər.

Müəllif: Nailə Məhərrəmova


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI