PARADOKS

AKTUAL

“Mehmanbazların” qrant “krantları” kəsilir... TƏRS BAXIŞ

11-01-2019, 05:03
  •     
  • Ölkə |
  •  Oxunma: 100

“Mehmanbazların” qrant “krantları” kəsilir... TƏRS BAXIŞ Mehman Hüseynov məsələsi bitsə də, yəni onun heç də aclıq aksiyası keçirmədiyi bəlli olsa da, bu işin üzərində dayanıb, maddi və s. dividentlərini artırmağa çalışanlar hələ də ortalıqda var-gəl etməkdədirlər. Artıq cəmiyyətdə, belələrinə yeni ayama da qoyulub – “mehmanbazlar”. Bəs kimdir onlar? Əslində, onların kim olduqları daha öncələrdən bəllidir. Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Mehman Əliyev, Xədicə İsmayıl, Arif Hacılı, Rüstəm İbrahimbəyov, Əkrəm Əylisli və s.

Tapşırıb ki, Mehman Hüseynov məsələsini uzada bildikcə, uzadın

Bu fərdlərin hər birinin isə ayrı-ayrılıqda xalq, millət, dövlət qarşısında elə səhvləri, elə xəyanətkar əməlləri var ki, saymaqla qurtarmaz. Lakin bütün bunlara rəğmən, hələ də öz çevrələrində atlanıb-düşərək, xarici təşkilatların qarşısında özlərini nümayiş etdirməyə çalışırlar. Nədir ki, həmin təşkilatlar da “mehmanbazlar” sırasına aludə olaraq, bu məsələnin üzərində qalmağı onlara bərk-bərk tapşırıb. Tapşırıb ki, Mehman Hüseynov məsələsini uzada bildikcə, uzadın. Nə qədər acı bağırsaq kimi uzatsanız, bir o qədər də maliyyə vəsaitləri, yəni qrantlar ayıracağıq. Bunlar da eləmə tənbəllik hamısı bir ağızdan “mehmanbazlara” çevrilib, onun adını tuturlar.

Birinin ağzı sürüyə, o birininki də dərəyə...

Halbuki, seçkilər və s. önəmli siyasi proseslər dönəmində bunları bir yerdə görmək qeyri-mümkündür. Məsələn, bugünə qədər keçirilən bütün seçkilərdə biz hazırda eyni ağızdan bağıran Əli Kərimli ilə Arif Hacılını bir şəkildə görməmişik, heç görməyəcəyik də. Çünki seçki məsələsi ortaya çıxan kimi, onların yolları ayrılır. Birinin ağzı sürüyə, o birininki də dərəyə...

Yeri gəlmişkən, Mehman Hüseynovun qardaşı birdən-birə durub deyib ki, demə “aclıq aksiyası” keçirən qardaşı bir oturuma bir çörək yeyirmiş. İndi isə bu çörək yarıma enib (?!R.R.) Demək, bir çörək yarım çörəyə qədər azalıbsa, Mehman “ac qalıb...” Nə qədər gülünc və istehza doğuracaq bir iddiadır deyilmi? Halbuki, Mehmanın atası da həbsxanaya oğlunu ziyarətə gedərkən, ona mer-meyvə, tərəvəz, hətta müxtəlif çeşiddə yeməklər apardığını bildirib. Üstəlik, Mehmanla görüşən hüquq müdafiəçiləri də bildiriblər ki, o, gündə bol-bol yoğurt yeyir. Yaxşı, daha bunun nəyi aclıq oldu ki? Axı bu qədər faktların qarşısında “mehmanbazların” Mehman “aclıq aksiyasını” davam etdirir iddialarını nəyə görə ictimai rəyə zorla sırıyırsınız?

Mehman yedikcə, bunlar ac qalırlar...

Təbii ki, maraq, maraq, yenə də maraq! Həmin maraq ki, bu məsələnin altında müxtəlif digər iddialar dayanır – süni şəkildə səs-küy qaldırmaq, insanlarda süni etirazlar doğurmaq və nəticədə küçələrə çıxıb icazəsiz aksiyalar keçirməklə, xarici ağalarından qrantlar qoparmaq. Ancaq göründüyü kimi alınmır. Ona görə alınmır ki, “mehmanbazların” planları reallaşmamış qalır. Qaldıqda isə, qrant axan “krantları” kəsilir...

Beləliklə, məsələ bəllidir. Bu gün yuxarıda adları çəkilən ünsürər çox yəqin ki, bundan qeyzlənirlər, qıcıqlanırlar, hətta quduzlaşaraq, daha da azğınlaşırlar. Hətta onlara imkan versən, gedərlər Mehmanın yanına və o bol-bol yoğurt yeyərkən, həmin yoğurtları əlindən alıb, tolazlayarlar çölə ki, bəs yeyib-eləmə. Sən yedikcə, biz ac qalırıq. İnanır ki, bunu da edərlər...

Sonda isə, fakt budur ki, əəgər Mehman Hüseynov azadlığa çıxarsa, onunla haqq-hesab çəkənlər də həmin ünsürər, bu gün “mehmanbazlıq” edənlər olacaqlar.

Rövşən RƏSULOV


Xəbər Lenti

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI