PARADOKS

AKTUAL

"İndiki müxalifət 1992-ci ildə Ali Sovetin şüşələrini sındıranların uşaqlarıdır" MÜSAHİBƏ

11-01-2019, 05:02
  •     
  • Ölkə |
  •  Oxunma: 74

"İndiki müxalifət 1992-ci ildə Ali Sovetin şüşələrini sındıranların uşaqlarıdır" MÜSAHİBƏ ASDP-nin sədri, millət vəkili Araz Əlizadənin SİA-ya müsahibəsi

- Araz bəy, Mehman Hüseynov aclıq aksiyasını dayandırsa da "5-ci kolon"un fəalları olan müxalif ünsürlər hələdə hay-küy qaldırmaqda davam edirlər. Sizcə, onlar bu cür hay-küylə nə əldə etmək istəyirlər?

- Məsələ belədir ki, Əli Kərimlinin, Arif Hacılının, Cəmil Həsənlinin və digərlərinin pulu bundan çıxır. Bunlar Azərbaycana qarşı qarayaxma kampaniyasını dayandırsalar heç kəs bunlara pul verməyəcək. AXCP, Müsavat, "Milli Şura" rəhbərliyinə qara çörək üçün pul lazım deyil, yəni bunlara çörəyin üstündə yağ və kürü lazımdır. Ona görə də, onlar əllərindən gələni edirlər ki, Azərbaycana qarayaxsınlar və Azərbaycanın adını orda-burda hallandırsınlar.

- Sizcə, doğulub, boya başa çatdığın dövlətini, xalqını pula görə satmaq olar?

- Bunlar üçün dövlət və xalq, milli maraqlar əsas deyil. Bilirsiz bunların həyat prinsipi daha çox qarayaxma kampaniyası aparmaqla xarici maraqlı təşkilatlardan, fondlardan maliyyə yardımı almaqdır. Əli Kərimli, Arif Hacılı və xaricdəki "söyüş qrupu"nun hər bir üzvü deyirlər ki, "məni masamın üstündəki çörək maraqlandırmır, məni ağzımdakı çörək də maraqlandırmır, məni ancaq mədəmə düşən çörək maraqlandırır".

- Deməli sadəcə Mehman Hüseynov bir alətdir?

- Mehman Hüseynov heç kimdir. Mənə jurnalistlər Mehman Hüseynov haqqında sual verəndə, onu tanımadığımdan çaşıb, qaldım, mən bilmirdi ki, belə bir adam var. M.Hüseynov niyə alət olmağa razılıq verib? Çünki, o görür ki, qardaşı gedib, xaricdə laş yeyir. Bu baxımdan zəhmət çəkməkdən, sosial şəbəkələr vasitəsi ilə başlayır söyüş söyməyə. İndi gözləyir ki, bunu da həbsxanadan çıxartsınlar. O da getsin xaricə, orada ona "malades" desinlər və mükafatlarını versinlər.

- Bu müxalifət niyə həbsdə olanları qəhrəmana çevirirlər, amma həbsdən çıxandan sonra onu təhqir edirlər?

- Mətbuatda mənim son hadisələrlə bağlı müsahibəm çıxandan sonra mənə 50 yaxın zəng oldu, sms göndərdilər, WhatsApp-da yazdılar və s. hamısı da eyni cür qurulmuş söyüşlər, təhqirlər. Söyüşlər müxtəlif ölkələrdən olsa da mətnlər eyni idi, səhflərdə, üslubda eyni idi. Mən bunlara baxdım və heç məyusda olmadım. Nəyə görə? 1980-ci illərin axırı 1990-cı illərin əvvəllərin də Xalq Cəbhəsinin qarşısında sülənənlər var idi, indikilər həmin onların övladlarıdır. Həmin qadınlar 5-6 mart 1992-ci ildə Ali Sovetin qarşısında aksiya keçirib, binanın şüşələrin sındırıb, tumanların açıb dallarını göstərirdilər. Bu həmin adamların uşaqlarıdır. Odu ki, heç nə dəyişməyib. Nə dəyişib, onda 10 minlər idilər, indi isə 50 nəfərdilər. Mənə Azərbaycanda söyüş yazanlar, mesaj göndərənlər cəmi 3-4 nəfər oldu, daha çox Gürcüstan, Türkiyə, Almaniya ABŞ, İngiltərə, Belçika, Fransa, İsveçrə, Hollandiya, İsveç və digər ölkələrdən idi. Dediyim kimi, eyni söyüş və təhqirlər, cümlələr və üslubda. Bütün bunlar onu göstərir ki, onlar eyni mərkəzdən idarə olunurlar. Ona görə də, mən heç də məyus olmadım və başa düşdüm ki, mənim şapalağım onları bərk tutub.

Müəllif: Gülyana


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI