PARADOKS

AKTUAL

“Əl işləri yarmarkası” “İçərişəhər” metro stansiyasında açılacaq İstedadlı gənclərə təmənnasız yardım

14-12-2018, 14:51
  •     
  • Ölkə, Müxtəlif |
  •  Oxunma: 1003

 “Əl işləri yarmarkası” “İçərişəhər” metro stansiyasında açılacaq İstedadlı gənclərə təmənnasız yardım

“Bakı Metropoliteni” QSC-nin hər dəfə bir mövzu ilə sərnişinlərin diqqətini
cəlb edən davamlı sosial layihələri sırasında istedadlı gənclərə dəstək aksiyaları da
xüsusi yer tutur. Bu mənada metropolitençilər yeni il ərəfəsində sərnişinlərini daha
bir əhəmiyyətli layihə ilə sevindirəcəklər.
Dekabrın 18-i səhər saat 10:00-dan axşam saat 19:00-a qədər “İçərişəhər”
stansiyasında keçiriləcək yarmarkada gənc istedadların əl işlərinin satışını təşkil
etmək üçün şərait yaradılacaq.
“Əl işləri yarmarkası” adlandırılmış, sırf sosial yönümlü aksiya təmənnasız
təşkil edilir. Əsas məqsəd gənc istedadlara bacarıqlarını nümayiş etdirməsinə
dəstək olaraq, onların əməyini təşviq etmək, zəhmətlərinin bəhrəsini tanıtmalarına
yardımçı olmaq, həmçinin sərnişinlərdə yüksək bayram ovqatı yaratmaqdır. “Bakı
Metropoliteni” QSC sərnişinlərini gənc istedadlara dəstək olmağa dəvət edir.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI