PARADOKS

AKTUAL

7 dekabr 1988-ci ildə törədilən terror aktını UNUTMADIQ!

7-12-2018, 22:54
  •     
  • Ölkə |
  •  Oxunma: 13

7 dekabr 1988-ci ildə törədilən terror aktını UNUTMADIQ! Unutmayaq, unutdurmayaq!

7 dekabr 1988-ci ildə Ermənistanın şimalında qədim Türk yurdunda baş vermiş 7 bal gücündə zəlzələdən sonra ilk olaraq Ermənistana Azərbaycan yardım əlini uzatmışdı.11923 saylı hərbi hissənin heyətindən ibarət xilasedici dəstə hərbi hissənin komandiri Vaqif Əhmədov rəhbərliyi ilə Spitaka çatır. Yüzlərlə yaralı ermənilər dağıntılar altından xilas edilir.

Dekabrın 11-də Azərbaycandan ikinci qrup Spitaka yardım məqsədi ilə 78 nəfər könüllü yığılır. Könülləri Spitaka aparan “İl 76” təyyarəsi Ermənistan ərazisində vurulur. 69 nəfər xilasedici, ehtiyatda olan hərbçi və 9 ekipaj üzvü həlak olur. Yeganə sağ qalan Fəxrəddin Balayev olur o da 2011-ci ildə dünyasını dəyişir. Qəzada ölən 78 nəfərə 1994-cü ildə prezident Heydər Əliyevin sərəncamı ilə şəhid statusu verilir.
Allah şəhidlərimizı rəhmət eləsin.

PS:Həmin gün еrməni tеrrоrçulаrı Türkiyəyə məxsus оlduğunu gümаn еdərək Yuqоslаviyаnın АN-12 təyyаrəsini də vurmuşlаr.


Xəbər Lenti

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI