PARADOKS

AKTUAL

Almaniyanın ən səs-küylü CİNAYƏTİ

7-12-2018, 22:49
  •     
  • Ölkə |
  •  Oxunma: 24

Almaniyanın ən səs-küylü CİNAYƏTİ 12 il əvvəl itkin düşən 14 yaşlı Georgine Krügerin öldürüldüyü məlum oldu
Fərhad Çağtürk / AzEuroNews.com / Köln ➤ Almaniyada 12 əvvəl yoxa çıxan 14 yaşlı Georgine Krügerin öldürüldüyü məlum olub. AzEuroNews.com xəbər verir ki, qatilin onun qonşusu, əslən Türkiyənin Bursa şəhərindən olan Ali K. olduğu öyrənilib. Maraqlısı isə, 12 ildən sonra qətlin üstünün açılmasıdır.

➤ 14 yaşlı qızcığaz necə yoxa çıxdı?

Georgine Krüger 2006-ci ildə məktəbdən evə qayıdarkən evinin qarşısında itib. İtkin düşərkən onun 14 yaşı olub. 12 il boyunca Krügeri axtaran polis onu tapa bilməyib, amma axtarışlara da son verməyib. Belə ki, Berlin Polis Təşkilatının Kriminalistika Bürosu 14 yaşlı qızcığazın yaşadığı Berlindəki məhəllədə kiçik yaşlı uşaqlarla münasibətdə olanları yaxın izləməyə başlayıb. Onların arasında əslən Türkiyənin Bursa şəhərindən olan Ali K. da olub.

Kriminalistika Bürosu əməkdaşlarının şübhəsi Ali K.-nın üzərində fokslaşdığından onu izləmək üçün başqa şəhərdə yaşayan türk kökənli Hakan adlı polisi işə cəlb ediblər.

➤ Evinə qədər girdi

Alinin hər gün getdiyi çayxanaya gedən və özünü təmizlik ləvazimatları satan biri kimi təqdim edən Hakan adlı polis onunla tanış olub. Tanışlıq qısa zaman içərisində dostluğa çevrilib. O, Ali K. ilə çayxanada tez-tez müxtəlif qumar oyunları oynayıb, birlikdə futbola baxmağa gedirmiş. Ali Hakanı özünə yaxın bildiyindən bir neçə dəfə də evinə qonaq çağırıbmış. Onların yaxınlığı sonradan Alinin Hakana “Ortaq” deyə xitab etməsinə qədər gətirib çıxarıb.


➤ Birlikdə Bara getdilər, Aliyə hesab ödətdirmədi

Çox səmimi dost olan Ali və Hakan artıq Berlinin gecə həyatında da iştirak edib, tez-tez barlara gediblər. Hakan heç bir zaman Aliyə hesab ödətdirməyib. Berlində çayxanaya gəlib-gedənlər bəzən təmizlik ləvazimatları satan birində bu qədər pulun hardan olduğunu, bəzən də onun birdən-birə Ali ilə necə dost olmasından təəcübləndiklərini ifadə edirlərmiş.

➤ “Sapık Ali”…

Berlində Ali və Hakanın hər gün getdiyi çayxananın sahibinin sözlərinə görə, kiçik bir ərəb qızına təcavüz etmək istəyən Alini bir dəfəsində möhkəm döyüblər. O, günahını boynuna almayaraq bildirib ki, qapını açarkən əli qıza dəyib. Bundan sonra Aliyi tanıyan hər kəs onu “Sapık Ali” deyə çağırmağa başlayıb.

➤ “Haqqınızı halal edin deyib getdi”

Berlindəki çayxanada Hakan ilə bir neçə dəfə söhbət edən Həsənin sözlərinə görə, onun polis olduğunu heç bir zaman bilməyiblər: “Solçu ilə solçu, millətçi ilə millətçi idi. Tez-tez Ərdoğanın siyasətini kəskin tənqid edirdi. Arada bizə də qəribə gəlirdi ki, təmizlik ləvazimatı satan adi birisi necə olur ki, belə hərtərəfli bilgiyə sahib olur… Ali tutulmamışdan bir gün öncə gəlib bizlə görüşdü. Birlikdə çay içdik, gedərkən “haqqınızı halal edin” dedi. Çayxanaya tez-tez gələnlərlə “Whatsapp” qrup yaratmışdıq. İndi də Hakan o qrupdadır. Yazdıqlarımızı oxuyur amma, cavab vermir”.

Hasan deyir ki, indi çayxanda hər kəs həm Alidən həm də, Hakandan danışır: “ 3 uşaq atasının belə bir cinayət törətməsinə inana bilmirik… Dəhşətdir. Eyni zamanda Hakanın polis olduğunu öyrənəndə də şok olduq. Hakan 12 il Ali ilə dostluq edib, onun haqqında bütün məlumatları əldə edib, həbs edilməsinə və səs-küylü bir cinayətin açılmasına kömək etdi”.

Məlumat üçün bildirək ki, Berlin polisi 12 əvvəl itkin düşən qızın cəsədini axtarır. Axtarılan yerlər arasında Alinin yaşadığı evin zirzəmisi də var. Polis oradan çarpayı və bir neçə əşyanı müsadirə edərək yoxlanışa göndərib.

Hazırda zirzəmidə divarın içi oyularaq düzəldilən qapı diqqəti çəkir. Polis qızın meyitinin qapı arxasında ola biləcəyindən şübhələnir.


Xəbər Lenti

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI